"Krıtı Araz"a AĞIR CƏZA TƏLƏBİ

"Krıtı Araz"a AĞIR CƏZA TƏLƏBİ
  • Hadisə

  • Həbsdə olarkən quldur dəstəsi yaratmaqda təqsirləndirilən kriminal aləmdə "Krıtı Araz" kimi tanınan Araz Fərəcov və dəstəsinin üzvləri Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev və Xəyyam Qurbanlının barələsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib.

    Asiya.az-ın Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

    Dövlət ittihamçısı çıxışında Araz Fərəcovun 10 il 7 ay, Vüqar Musayev və Renad Zahirovun 10 il, Namiq Babayevin 7 il, Eltən Əliyevin 10 il, Xəyyam Qurbanlının isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

    Həmçinin prokuror Elməddin Şahbazovun bu iş üzrə 11 il azadlıqdan məhrum edilməsini istəyib. Lakin onun başqa cinayət işi üzrə 16 il azadlıqdan məhrum edildiyini əsas gətirən dövlət ittihamçısı həmin şəxsə indiki cəzası ilə birləşməklə 18 il azadlıqdan məhrumetmə cəzasının verilməsini tələb edib.

    Prokuror çıxışında Elməddin Şahbazovun xüsusi, Xəyyam Qurabanlının ümumi, digərlərinin isə ciddi rejimli cəza çəkmə müəssisəsində cəzaların çəkməsinini istəyib.

    Təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışı edərək müvəkkillləri barəsində bəraət hökmü və bəziləri isə yüngül cəza verilməsini məhkəmədən xahiş ediblər.

    Məhkəmə gələn həftə davam edəcək.

    Qeyd edək ki, istintaqla müəyyən edilib ki, Araz Fərəcov Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisənin cəza çəkərkən 2016-ci ilin dekabrın ayında əvvəldən tanıdığı Vüqar Musayev və digərləri mütəşəkkil dəstə təşkil ediblər. Dəstə üzvləri Bakıda və bölgələrdə oğurluq və quldurluq hadisələri təşkil ediblər. İttihamda qeyd edilib ki, bütün bunları Araz Fərəcov kordinasiya edib.

    2017-ci aprelin 14-də DTX-ın əməliyyatı zamanı Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev saxlanılıb.

    Araz Fərəcovdan başqa Elməddin Şahbazov da həbsxanada ola-ola bu cinayətkar dəstənin üzvü olub.

    Xatırladaq ki, Araz Fərəcov kriminal aləmdə "Krıtı Araz"kimi tanınır.
    PAYLAŞ:

    Oxşar xəbərlər