Bakıda kriminal avtobus sürücüsü: “Ölüm üstündə yatmışam, sənin başını kəsərəm” (VİDEO)

Bakıda kriminal avtobus sürücüsü: “Ölüm üstündə yatmışam, sənin başını kəsərəm” (VİDEO)
  • Sosial / Manşet

  • "Üç dənə sırokum var, ölüm üstündə yatmışam, sənin başını kəsərəm".

    Xezerxeber.az-ın məlumatına görə, bu ifadələri ictimai nəqliyyat vasitəsinin sürücüsü işlədir. Hansı ki, o, işə götürülən zaman tələb olunan sənədlərdən biri məhkumluğunun olub- olmaması ilə bağlı arayışdır. Bu sürücü isə telefon danışığında özünün kriminal keçmişini açıq şəkildə dilə gətirir. Elə onun danışıq üslubu özü də kriminal aləmin özü üçün heç də yad olmadığını göstərir.

    Görüntülər 66 saylı marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərdən biri tərəfindən çəkilərək "Xəzər Xəbər"in votsap nömrəsinə göndərilib. İctimai nəqliyyat sürücülərinin sükan arxasında telefonla danışması qayda pozuntusu olsa da, bu, az qala adi hala çevrilib. Əsas təhlükə isə kriminal keçmişinin olduğunu öz dili ilə etiraf edən, açıq şəkildə hədə-qorxu saçan bir şəxsin sürücü işləməsi isə daha dəhşətli bir faktdır. Belə sürücü ilə sərnişinin mübahisənin nə ilə nəticələnəcəyini təsəvvür etmək çətin deyil.

    Məsələyə 66 saylı marşrut xəttinin istifadəçisi olan şirkətin aydınlıq gətirməsini üçün onlara müraciət etdik. Xəttin kolon rəisi Xəqani Əliyev bildirdi ki, Azad Yaqubov adlı həmin sürücü ilə bağlı sərnişinlərindən şikayət gəldiyinə görə işdən azad edilib. Kolon rəisinin sözlərinə görə, işə qəbul zamanı sürücüdən bəzi sənədlər tələb edilir ki, orada sağlmlıq və məhkumluğu nəzərə alınır.

    Kolon rəisinin sözündən belə çıxır ki, həmin sürücünün də məhkumluğununu olmaması ilə bağlı arayışı onlara təqdim edilib. Kolon rəisi, sürücünün öz dili ilə hətta adam öldürmə ilə məhkumluğunun olduğunu söyləməsinə də aydınlıq gətirib.

    Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev qeyd edib ki, əvvəllər məhkum olunan səxsin cəzasını tam çəkəndən sonra sürücü və ya hər hansı bir işdə çalışmasında problem yoxdur. Sürücülərin işə qəbulu daşıyıcı şirkətlər özləri həyata keçirir. Məhkumluqla bağlı arayış adətən ona görə tələb olunur ki, həmin şəxsin əvvəllər qəza törətməyə görə məhkumluluğunun olub-olmaması dəqiqləşdirilsin: "Bu fakt isə daha ciddi məsələləri gündəmə gətirir. Nəzərə almaq lazımdır ki, ictimai nəqliyyat sürücüsü yalnız sükan arxasında avtomobil idarə etmir. Daim sərnişinlərlə ünsiyyətdə olur. Sürücülərlə sərnişinlər arasında tez-tez mübahisəslərin olması isə bizim üçün yad deyil. Görünür, sürücülərin işə götürülməsində psixoloji məqamlara daha ciddi yanaşmaşa ehtiyac var".


    PAYLAŞ:

    Oxşar xəbərlər