Moskvada əməliyyat: çox sayda azərbaycanlı saxlanılıb (FOTO/VİDEO)

Moskvada əməliyyat: çox sayda azərbaycanlı saxlanılıb (FOTO/VİDEO)
  • Dünya / Sosial / Manşet

  • Rusiyanın Kaluj şossesində RF Daxili İşlər Nazirliyinin Moskva üzrə Dövlət İdarəsinin Xüsusi Təyinatlı Mərkəzinin əməkdaşları və çevik əməliyyat qüvvələri bu gün səhər saatlarından başlayaraq, azərbaycanlı oliqarx Qod Nisanova məxsus nəhəng "Food City" ərzaq məhsullarının topdan və pərakəndə satış mərkəzinin ərazisində xüsusi əməliyyat keçiriblər.

    Asiya.az xəbər verir ki, bu barədə "Sputnik"ə "Food City" aqroklasterində işləyən Azərbaycan diasporunun nümayəndələri məlumat veriblər.

    Məlumata görə, xüsusi uniformalı polis əməkdaşları mərkəzin ərazisindəki zahirən slavyana oxşamayan (qafqazlı və asiyalıları) bütün kişiləri üzü-üstə yerə uzadıblar. Sonra aralarında çoxsaylı azərbaycanlıların da olduğu miqrantları əvvəlcədən əraziyə gətirilmiş 20 avtobusa dolduraraq polis idarəsinə aparıblar.

    "Food City"-də qeyri-leqal miqrantların müəyyən edilməsi ilə bağlı reydlər əvvəllər də keçirilib. Xüsusi xidmətlərin əməkdaşları maskada idi və qeyri-rusların hamısını, hətta pasportlarına da baxmadan apardılar. Çevik polisin əməkdaşları səhər saat səkkizdən fəaliyyətə başlayıblar. Axşam nə qədər adamın ölkədən deportasiya ediləcəyi məlum olacaq" - deyə mənbə bildirib.

    Məlum olduğu kimi, "Food City"-də çoxlu sayda Qafqaz və Asiya ölkələrindən olan miqrantlar işləyir. Xüsusi əməliyyatın aparılması üçün bu yerin seçilməsi də bununla əlaqədardır.

    Bununla yanaşı, mənbə hesab edir ki, sözügedən əməliyyatı keçirməkdə məqsəd təkcə qeyri-leqal miqrantları müəyyən etmək deyil: "Əgər belə olsaydı, o zaman əməliyyat təkcə Federal Miqrasiya Xidmətinin əməkdaşlarının iştirakı ilə keçirilərdi. Bu reydin keçirilməsi, görünür, həm də hansısa cinayət və cinayətkar qruplaşmalarla bağlıdır".

    Qeyd edək ki, Rusiya və Azərbaycan KİV-ləri müntəzəm olaraq kriminal avtoritetlərin "Food City" topdansatış bazasına nəzarət uğrunda mübarizə apardığını yazır. Əvvəllər sözügedən aqroklasterin iri topdansatış məntəqələrini, qətlə yetirilmiş "qanuni oğru" Rövşən Canıyevin (Rövşən Lənkəranski) yaxın qohumu Zaur Əhmədov himayə edirdi.

    Lakin Əhmədov onun həbs olunacağı barədə informasiyalar yayılandan sonra qaçaraq aradan çıxıb. Çünki Zaur Əhmədovun adı Rövşən Lənkəranskinin "muzdlu qatili" - "qanuni oğru" Hacıbaba Talıbxanlıya (Hacı Beyləqanski) qarşı qaldırılmış cinayət işində hallandırılır. Beyləqanski mayın 30-da Moskvada həbs olunub. O, bir sıra qətlləri törətməkdə təqsirli bilinir.




    Moskvada əməliyyat: çox sayda azərbaycanlı saxlanılıb (FOTO/VİDEO)
    Moskvada əməliyyat: çox sayda azərbaycanlı saxlanılıb (FOTO/VİDEO)
    Moskvada əməliyyat: çox sayda azərbaycanlı saxlanılıb (FOTO/VİDEO)
    Moskvada əməliyyat: çox sayda azərbaycanlı saxlanılıb (FOTO/VİDEO)
    PAYLAŞ:

    Oxşar xəbərlər