Prezident deputatla bağlı sərəncam imzaladı

Prezident deputatla bağlı sərəncam imzaladı
  • Siyasət

  • Azərbaycan Prezidenti İlham Əliyev deputat İmamverdi İsmayılovun təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə İmamverdi İbiş oğlu İsmayılov "Şöhrət” ordeni ilə təltif edilib.

    Qeyd edək ki, iyunun 10-da İmamverdi İsmayılovun 60 yaşı tamam olur. O, 1958-ci il iyunun 10-da Zəngilan rayonunun Vənətli kəndində anadan olub.

    1995-ci ildən Milli Məclisin deputatıdı.

    Hakim Yeni Azərbaycan Partiyasının üzvüdür.
    PAYLAŞ:

    Oxşar xəbərlər