Rusiyada fransızı öldürən azərbaycanlılar məhkəmə qarşısında - VİDEO

Rusiyada fransızı öldürən azərbaycanlılar məhkəmə qarşısında - VİDEO
  • Dünya / Hadisə

  • İki il əvvəl Moskva vilayətinin Mıtışi şəhərində 22 yaşlı Fransa vətəndaşını qətlə yetirən azərbaycanlıların məhkəməsi başlayır.

    Asiya.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə sədrinin köməkçisi Olqa Vradi bildirib.

    Xanım Vradinin dediyinə görə, hadisə 2016-cı ilin dekabrında baş verib. Azərbaycan vətəndaşları Moskva şəhərindəki barların birində Fransa və Britaniya vətəndaşlarıyla tanış olublar. Birlikdə pivə içən zaman azərbaycanlılardan biri onların tualetə getməyindən istifadə edərək pivə bokallarının içinə klozarin töküb.

    Hər ikisi yatandan sonra azərbaycanlılar onları Mıtışi yaxınlığındakı meşəyə aparıblar. Onların 1,3 milyon rubl pulunu əllərindən alaraq meşəyə atıb gediblər. 30 dərəcə şaxtada qalan Fransa vətəndaşı vəfat edib. Britaniya vətəndaşı isə möcüzə nəticəsində sağ qalıb.




    Rusiyada fransızı öldürən azərbaycanlılar məhkəmə qarşısında - VİDEO
    Rusiyada fransızı öldürən azərbaycanlılar məhkəmə qarşısında - VİDEO
    PAYLAŞ:

    Oxşar xəbərlər