İşdən çıxarılan icra başçıları HƏBS OLUNA BİLƏR

İşdən çıxarılan icra başçıları HƏBS OLUNA BİLƏR
  • Siyasət / Manşet

  • Son günlər prezidentin sərəncamı ilə bir neçə icra başçısı vəzifəsindən çıxarılıb. Onlardan ikisi – Ağdam rayon icra başçısı Raqub Məmmədov və Tovuz rayon icra başçısı Tofiq Zeynalov sosial şəbəkələrdə geniş müzakirə olunub.

    Asiya.az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb hər iki vəzifəli şəxsin milyonluq məhkəmə işlərində adının hallanmasıdır.

    Belə ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri, nəqliyyat nazirinin keçmiş müavini Arif Əsgərovun baldızı oğlu, dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işində Qoşqar Zeynalov zərərçəkmiş kimi tanınıb. Q.Zeynalov artıq vəzifədə olmayan Tofiq Zeynalovun oğludur.

    Q.Zeynalov məhkəmədə ifadəsi zamanı R.Hüseynovla qohum olduqlarını deyib: "Rahib bir gün mənə iş qurmağı təklif etdi. ahib "Mənə dedi ki, "Dəmir Yolları”na yataq dəstləri lazımdır. Bunu da xaricdən gətirmək üçün pul istədi. 20 faiz qazancdan 10 faiz mənə çatacaqdı. Ona hissə-hissə 7 milyon manatdan çox pul vermişəm. Sonra bir hissəsini qaytardı. Hazırda mənə vurulan ziyan 3 milyon 925 min manat təşkil edir”.

    R. Hüseynov isə deyib ki, Q.Zeynalova gələn gəlirdən 3 milyon 200 min manat pul verib.

    Ağdamın eks-başçısı Raqub Məmmədovu isə zərərçəkmişlər ifadələri zamanı cinayətdə ittiham edib. Belə ki, keçmiş prezident Ayaz Mütəllibovun mətbuat katibi Teylor Fətişoğlunun dələduzluqda ittiham edildiyi məhkəmə işində ifadə verən şəxslər R.Məmmədovun da dindirilməsini tələb ediblər.

    Zərərçəkmiş Eldəniz Nurəddinov deyib ki, qardaşı oğlunu həbsdən azad etdirməsi üçün T.İbrahimova 10 min 700 manat verib: "Teylorun Ağdamın icra başçısı Raqub Məmmədovla yaxın münasibətləri var idi”.

    Digər zərərçəkən İsmayıl Məmmədov isə işin içində icra başçısı R.Məmmədovun da olduğunu deyib: "Mən icra nümayəndəsinin müavini təyin olunmaq üçün Teylora 5 min manat verdim. Dəfələrlə başçının qəbulunda oldum, mənə "sən öl” vurub dedi ki, Teylor işi həll edəcək. Raqub Məmmədov deyirdi ki, məni müavin yox, elə nümayəndə qoyacaq”.

    Raqub Məmmədov bu iş üzrə istintaqa da cəlb olunub və ifadəsi alınıb.

    O bildirib ki, T.Fətişoğlu onun adından istifadə edərək bəzi şəxslərdən pul alaraq onları rayonda vəzifəyə təyin etdirəcəyini vəd edib: "Teylor mənim adımdan İsmayıl Məmmədovdan pul alıb onu icra nümayəndəsi, Rafil Hətəmovdan isə 35 min manat alaraq Su-kanal İdarəsinə rəis təyin etdirəcəyini deyib. O vaxtdan da Teylorla münasibətlərim pisləşdi, onun haqda rayon prokurorluğuna məlumat verdim”.

    İşdən çıxarılan icra başçıları HƏBS OLUNA BİLƏR

    Gədəbəyin sabiq icra başçısı həbs oluna bilər

    Bazar yanğınında Ramiz Yediyarovun izi yenidən araşdırılır; Fazil Məmmədovun kadrının müdhiş torpaq maxinasiyaları da araşdırılır

    Asiya.az musavat.coma-a istinadən xəbər verir ki, Gədəbəyin işdən çıxarılan icra başçısı Ramiz Yediyarovun fəaliyyəti yoxlanılır. Onun Gədəbəyə rəhbərlik etdiyi dövr ərzində rayonda baş vermiş, lakin sona qədər araşdırılmamış cinayət işləri yenidən araşdırılacaq.

    Bu haqda redaksiyamıza daxil olan xəbərdə deyilir ki, Ramiz Yediyarov vəzifəyə təyinat aldığı ilk günlərdən başlayaraq patronu - sabiq vergi naziri Fazil Məmmədovun gözünə xoş görünən torpaq sahələrini, xüsusilə perspektivli əraziləri ələ keçirmək üçün fəaliyyət göstərib. Bu sırada Şəmkir və Gədəbəy rayonları arasında yerləşən Yasamal dağında təxminən 30 hektarlıq bir ərazi də var. Geniş meşə massivi olan ərazidə vaxtilə sakinlər istirahət edib. Yediyarovun və Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun “yüngül əli” ilə “Yastı meşəsi” adlanan istirahət zonası da F.Məmmədovun saysız-hesabsız obyektlərindən birinə çevrilib.

    Gədəbəyin mərkəzində yerləşən bazar da sabiq vergilər nazirinin “sinəsinə yatan” yerdə yerləşdiyindən 2013-cü ildə Ramiz Yediyarov həmin bazara da əl qoyub. Əvvəlcə rayonun kənarında, əkin-biçin sahələrinin ortasında, ən başlıcası isə pay torpağında bazar tikilib. Qanunsuz inşa edilən bazara sahibkarların köçmələri təklif olunub. Lakin Gədəbəyin mərkəzində yerləşən bazarın icarəçi-sahibkarları son dərəcə əlverişsiz olan təklifdən imtina ediblər. Günlərin birində isə R.Yediyarovun bazarın köçürülməsi planının germəkləşməsi üçün orada elə bir yanğın olub ki, 10 dəqiqənin içində bazar kibrit qutusu kimi yanıb külə dönüb.

    Həmin dövrdə icarəçi sahibkarlar baş verənlərin araşdırılması üçün bir çox ünvanlara şikayətlər, məktublar yazıblar. Bu haqda mətbuatda da yazılar dərc olunub. Daş və betondan tikilmiş bazarda yanğından dərhal sonra Ramiz Yediyarov iclas çağırmışdı. İclasda sahibkarlara dəyən ziyanın ödənilməsi olmayıb. Eləcə bazarda çalışanlara deyib ki, yanğının qısaqapanmadan baş verib, vəssalam. İcarəçi sahibkarlara yanğın zamanı dəyən ziyan bu günə qədər də ödənməyib. Yediyarovun yanğından dərhal sonra ortaya atdığı qısaqapanma versiyası ilə icarəçi sahibkarlar razı deyildilər. Bildirirdilər ki, naqillərin yanmasından bazarın 10 dəqiqənin içində kül olması mümkün deyildi. Bazarda plastik işləmələr də yox idi ki, o cür gur alovlanma baş versin. Sanki bazara benzin və ya digər tez alışan maye səpmişdilər ki, 1 anın içində külə dönsün, heç kim malını oradan çıxara bilməsin. Sakinlər o zaman deyirdilər ki, məqsəd bazarın icarəçilərini müflisləşdirib bazardan çıxarmaq və güzəştli şərtlər qarşılığında onları Ramiz Yediyarovun qanunsuz inşa etdiyi rayon kənarındakı bazara köçürmək olub. Belə də olmuşdu. Ramiz Yediyarovun bazar planı yanğından sonra gerçəkləşmişdi.

    4 il YAP-ın rayon təşkilatının sədri olmuş Ramazan Muradov da o dövrdə mətbuata açıqlamasında demişdi ki, bazar yandırılıb!


    Yanğın baş verən dövrlərdə güclü dayaqları olan Ramiz Yediyarov, Fazil Məmmədov camaatın narazılığını administrativ yollarla yatırda bilmişdilər. Bazar sahibi də narazılığını büruzə verməmişdi. Görünürdü ki, onu razı sala biliblər. Sadəcə, bazardakı icarəçi sahibkarlar təzə bazara getmək istəmirdilər. Deyirdilər ki, təzə bazar mərkəzdən uzaqdır, ora müştəri gəlməyəcək. Bazar yandıqdan sonra isə icarəçi-sahibkarlar da məcbur olub başçının şərtlərini qəbul etdilər.

    Yandırılan bazar rayonun mərkəzində yerləşirdi və uzun illər ərazi istifadəsiz qaldı. Fazil Məmmədov ərazini 2017-ci ildə quda olduğu Namiq Əliyevə peşkəş etmişdi. Əgər Fazil Məmmədov, ardından Ramiz Yediyarov vəzifələrindən çıxarılmasaydılar, Namiq Məmmədovun burada çoxmərtəbəli bina tikdirəcəyi deyilirdi.

    Bunun üçün hazırlıqlar da görülmüşdü.

    Sual oluna bilər ki, bazarın sahibi bu günə qədər niyə şikayət etməyib? Cavab isə belədir - bazarın yanmasından sahibinə ziyan dəyməyib. Çünki yandırıldığı iddia edilən bazarda ziyan çəkən icarəçilər olmuşdu. Bazar sahibinin özünə isə pay torpağında bazar tikib veriblər. Köhnə, yanmış bazarın torpağı da əlində qalıb, üstəlik, bir əlavə bazarı da var.

    Məlumata görə, yanan bazarla yanaşı, Ramiz Yediyarovun Gədəbəydəki böyük torpaq saxtakarlığı da araşdırılacaq. Belə ki, araşdırmalarla müəyyən edilib ki, rayonun Söyüdlü kəndinin kənarındakı örüş sahələri Ramiz Yediyarovun əli ilə satılıb. Nazirlər Kabinetinin qərarına görə isə həmin ərazilər sırf örüş üçün nəzərdə tutulur. Ramiz Yediyarov isə örüş sahəsini təyinatı dəyişdirilmədən 38 nəfərə satıb.

    38 nəfər ilkin sənəd, bələdiyyə qərarı olmadan, Dövlət və Torpaq Xəritəçəkmə Komitəsindən kadastr planı alıb. Hətta 38 nəfərdən 2 nəfərinin əlində reyestr xidmətindən çıxarışı ola-ola əlavə kadastr planı veriblər. Yəni “kupça”sı olan torpaq sahəsini başqa bir vətəndaşa veriblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər