Bakıda uşaqların döyüldüyü bağça bağlandı- VİDEOFAKT

Bakıda uşaqların döyüldüyü bağça bağlandı- VİDEOFAKT
  • Sosial / Manşet

  • Bu gün Bakıda yerləşən "Kids studio” bağçasında uşaqlara qarşı kobus rəftarı özündə əks etdirən görüntülər yayılıb.

    Azxeber.com saytının yaydığı görüntü sosial şəbəkələrdə kəskin tənqid olunub.

    Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri “Kids studio” uşaq bağçasında olub. Asiya.az-ın APA TV-yə istinadən məlumatına görə, RİH nümayəndələri uşaq bağçasında baş vermiş zorakılıq faktını araşdırmaq üçün müəssisəyə gəliblər.

    “Kids studio” uşaq bağçasının müdiri Nigar Müseyibova bildirib ki, tərbiyəçinin uşaqlara qarşı zorakılıq etməsini əks etdirən görüntülərdən xəbəri olmayıb. Onun sözlərinə görə, bağçada uşaqlara qarşı zorakılıq edən tərbiyəçi Firuzə Tağıyeva işdən uzaqlaşdırılıb.


    Valideynlərin bağçada baş verənləri onlayn qaydada izlədiyini vurğulayan N. Müseyibova qeyd edib ki, müəssisə bundan sonra fəaliyyət göstərməyəcək.

    Asiya.az xəbər verir ki, məsələ ilə bağlı "Kids studio”nun direktoru Nigar Müseyibova BakuPost-a da açıqlama verib. Bildirib ki, bağça fəaliyyətini dayandırıb:

    "Bağça bu gün fəaliyyətini dayandırdı. Daha fəaliyyət göstərməyəcəyik".

    Direktor bağçada uşaqlara qarşı hər hansı işgəncə olmadığını deyib: "Orada aqressiya olmayıb. Müəllimə uşağı silkələyib. Bundan başqa, onlar tezləşdirilmiş kadrlardır. Ona görə kobud görünür. Tezləşdirilmiş kadrların da öz təsiri var. Biz bir müddət əvvəl bağçada çalışan bir nəfəri işdən çıxarmışıq. Həmin qız oturub bütün görüntüləri axtarıb, arasından yalnız bunları tapıb. Çünki başqa bu kimi rəftar qeydə alınmayıb bağçada. Qisas almaq üçün görüntüləri yayıb. Biz onu işdən oğurluq üstündə çıxarmışdıq”.

    N. Müseyibova kadrlardakı uşağın F. Tağıyevanın qohum olduğunu deyib: "Həmin uşaq Firuzə müəllimənin öz qohumudur. Bundan başqa, o, yaxşı müəllimə olub. Uşaqları başının üstündə saxlayıb”.


    PAYLAŞ:

    Oxşar xəbərlər