Türkiyədə seçkilər - Ərdoğan səslərin 53 faizini yığıb/ YENİLƏNİB

Türkiyədə seçkilər - Ərdoğan səslərin 53 faizini yığıb/ YENİLƏNİB
  • Dünya, Siyasət

  • Son rəqəmlərə görə, Türkiyədə keçirilən növbədənkənar prezident seçkilərində prezident Rəcəb Tayyib Ərdoğan 53 faiz səs toplayıb.

    Asiya.az Türkiyənin Mərkəzi Seçki Komissiyasına (YSK) istinadən xəbər verir ki, hazırda səslərin 92,29 faizi hesablanıb.

    Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Məhərrəm İncə - 30,50% səs, Demokrat Xalq Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirdaş - 7,80%, yeni qurulan «İyi parti»nin namizədi Meral Akşener 7,40%, "Səadət" partiyasının (SP) namizədi - Temel Karamollaoğlu 0,90% və "Vətən" partiyasının namizədi - Doğu Perinçek 0,20% səs toplayıblar.

    ***

    Türkiyədə eyni gündə keçirilən prezident və parlament seçkiləri heç şübhəsiz ki, dünyanın başlıca gündəmi oldu. İstər seçkilərin nəticələri, istərsə də bu nəticələrin Türkiyəyə, eləcə də regiona təsirləri, hazırda ən çox üzərində müzakirələr açılan mövzulardır. Bir çox ilklərlə Türkiyə siyasi tarixinə keçən bu seçki əslində ciddi məqamları, nəticələri isə ciddi mesajları ilə yadda qalacaq.

    İttifaqların “mübarizə”si

    İlk növbədə onu vurğulayaq ki, 24 iyunda keçirilən seçkilər iki istiqamətdə - prezident və parlament seçkilərinin müqayisəli nəticələrinə görə dəyərləndirilməlidir. Ortada olan siyasi mənzərənin tam aydınlaşması baxımından bu çox önəmlidir.

    İlk dəfə prezident seçkisini xalqın ixtiyarına verən bu seçkidə başlıca yarış, qalibiyyətini bayram edən Cümhur ittifaqı (AKP-MHP koalisiyası), məğlub olmasına rəğmən maraqı nəticələr göstərən Millət İttifaqı (CHP – İYİ – Səadət) və təkbaşına güney və güney-doğuda öz mövqelərini qoruyan HDP arasında getdi. 16 aprel referendumunda qəbul edilən anayasaya uyğun olaraq, ilk dəfə prezident seçkisi ilə birlikdə, “ittifaqlar”larla gedilən millət vəkilliyi seçkisindən “parlament koalisiyası” tablosu çıxdı. İqtidar partyası olan AKP, 1 noyabr 2015 seçkilərinin nəticələrinə görə, ən çox səs itirən partiya olmaqla millət vəkili sayı 300-dən aşağı olması ilə, faktiki olaraq “Cümhur İttifaqı”nda ortağı MHP-yə möhtac hala gəldi.

    MHP və HDP isə səslərini qoruyan partiyalar olduqları halda, ana müxalifət partiyası olan CHP 1 iyun və 1 noyabr seçki nəticələri ilə müqayisədə 3 faiz səs itirdi. “Millət İttifaqı” içində ilk dəfə seçkiyə qatılan və syurprizlərə imza atacağı gözlənilən İYİ partiyası isə, 10 faizlik baryeri zorla aşaraq, ilk uğuruna imza atmış oldu. HDP isə bir daha 11 faizlik səs potensialını qoruyaraq, məclisə gorməyi bacardı. Maraqlıdır ki, bir çox ilklərlə yadda qalacaq bu seçkidə İYİ partiyanın mandat qazanması ilə, 2002-ci il seçkilərindən indiyədək birinci dəfədir ki, 5 siyasi partiya parlamentdə qrup formalaşdıracaq çoxluq əldə etdi.

    Parlament seçkisinin qarşı-qarşıya duran iki ittifaq və HDP, prezident seçkisinin isə üç əsas namizəd - Rəcəb Tayyip Ərdoğan, Meral Akşener və Muharrem İncə - arasında gedəcəyi əvvəldən bəlli idi. Həm partiyalar, həm də namizədlər seçki təbliğatı dönəmidə ciddi şəkildə yüksək performans sərgiləsələr də, nəticələrə təsir edəcək incə məqamlar oldu ki, bunları sizinlə bölüşmək istərdik.

    Türkiyədə seçkilər - Ərdoğan səslərin 53 faizini yığıb/ YENİLƏNİB

    Prezidentliyə gedən yolda milliyyətçi dəstək

    AKP-MHP koalisiyası çox maraqlı detalları ilə yadda qaldı. Əslində ilk öncə vurğulamaq yerinə düşər ki, Türkiyə prezidentinin seçkidə qələbə çalmasında MHP ilə kolisiyaya getməyin son dərəcə ciddi rolu oldu. Parlament seçkisində AKP-nin göstərdiyi nəticə ilə, Ərdoğanın prezident seçkisinin nəticəsinə görə yığdığı səs faizi arasında görünən 10-11 faiz fərq, məhz MHP-dən gələn səslər kimi nəzərdən keçirilməlidir. Diqqət etsək görərik ki, MHP-nin parlament seçkisinin nəticələrinə görə yığdığı səs faizi ilə həmin fərq, demək olar ki, üst-üstə düşür.

    Qeyd edək ki, Cümhur İttifaqı həm də, son illərin seçkilərində getdikcə səs itkisi yaşayan AKP-nin sağ-mərkəz və bütünlükdə sağ düşərgədə mövqelərini, ortaqlıqla olsa belə, qoruya bilməsi baxımından önəmlidir. Əsasən İYİ partiyanın yaranması ilə sağ-mərkəzdə və sağ düşərgədə iddialı yeni bir qüvvənin ortaya çıxması, getdikcə zəifləməkdə olan iqtidar partiyasını ortaq axtarışına məcbur etməkdə idi. MHP – bunun ən real və uğurlu ünvanı oldu.

    MHP-nin 11 faizə yaxın səs alması, şübhəsiz ki, maraqlı nəticə hesab oluna bilər. Ələlxüsus, İYİ Partiyanın məhz daha çox milliyyətçi cameədən səs almasını hədəfləməsi fonunda və AKP ilə koalisiyanın səs faizinə neqativ təsir göstərəcəyi ilə bağlı verilən proqnozlara rəğmən, Baxçalı partiyasını qoruya bildi və hətta təkbaşına seçkidən seçkiyə qalibiyyətlə yürüyən bir iqtidar partiyasını özündən asılı vəziyyətə də saldı. Prezident qərarlarının məclisdən keçməsi üçün AKP-nin milliyyətçi millət vəkillərinə ehtiyaci olacaq. MHP faktiki olaraq iqtidarın “parlament ortağı” ola bildi.

    Xatırladım ki, 1 noyabr 2015 seçkisində AKP 49.4, MHP 11.9 faiz səs almışdı. Əslində AKP-nin 42 faizə qədər geriləməsi, həm də onu göstərir ki, milliyətçilər uzun illərdir ki, AKP-lilərə verdikləri əmanət səslərini geri qaytara biliblər. Bununla da, İYİ partiyaya keçən səslər kompensasiya olunub.

    Millət ittifaqında tərs hesablar: Namizədlərin uğuru fonunda partiyaların geriləməsi

    Başqa bir məqam “Cümhur İttifaqı”ndan fərqli olaraq, “Millət İttifaqı”nın prezident seçkisinə vahid namizədlə gedə bilməməsi oldu. CHP ilə İYİ partiyanın bu mənada ulduzlarının barışmaması, seçkinin taleyinə birbaşa təsir etdi.

    Çox maraqlıdır ki, “İYİ” yaradıldığı zaman məhz CHP və MHP tavanından böyük dəstək görəcəyi ilə bağlı ciddi təbliğat qurulmuşdu, hətta bir çox tanınmış adların partiyaya keçdiyinin də şahidi olduq. Lakin daha konkret addımların atılması lazım gəldiyi zaman, cümhuriyyətçilərin öz namizədləri ilə çıxış etmələri, bü günkü nəticənin ortaya çıxmasına səbəb oldu. CHP nə prezident, nə də parlament səsverməsində, İYİ partiyanın xeyrinə səs itkisi yaşamadı. Partiya ümumiyyətlə, maksimum şəkildə öz qücünü və imicini ön planda tutdu. Muharrem İncənin namizədliyinin irəli sürülməsi ilə cümhuriyyətçilər, həm sol-mərkəz, həm də sol düşərgədə seçicinin diqqətlərini üzərilərinə cəlb edə bildilər.

    Bununlada, İYİ partiya gözlənildiyi qədər yüksək nəticəyə imza ata bilmədi və 10 faizin üstündə bir səs yığaraq zorla parlamentə vəsiqə qazana bildi. Akşener isə prezident seçkilərində digər iki rəqibi ilə müqayisədə zəif səs əldə etdi. Lakin istənilən halda quruluşunun 7-ci ayında belə bir nəticəyə imza atmaq, şübhəsiz ki, uğur kimi qiymətləndirilə bilər. Lakin partiyanın MHP tabanından gözlənilən səsi ala bilməməsi və prezident kürsüsünə namizdə olaraq göstərdiyi nəticənin, partiyanın yığıdığı səsdən az olması diqqət çəkən məqamlardır. Görünür Akşenerin hələ görməli olduğu işlər çoxdur.

    Türkiyədə seçkilər - Ərdoğan səslərin 53 faizini yığıb/ YENİLƏNİB

    Lakin Akşenerdən fərqli olaraq, CHP-nin namizədi Muhərrəm İncə partiyasınından 8 faiz daha çox səs alaraq, 2002-ci il seçkilərindən indiyədək sol düşərgə təmsilçisinin yığa bildiyi ən yüksək nəticəyə imza atmış oldu. HDP, İYİ Partiya namizədlərinin səslərinin partiyalarının topladığı səsdən daha az olması nəzərə alınarsa, deyə bilərik ki, hər iki partiyanın seçicisi cümhuriyyətçilərin namizədinə etimad göstərib.

    Lakin “ittifaqdan kənar münasibətlər” də, əslində Millət İttifaqının parlament nəticələrinə öz təsirini göstərdi. 1 noyabr 2015-ci il seçkisindən fərqli olaraq, CHP-nin 24 iyunda 3 faiz səs itkisi yaşaması diqqət çəkici məqamdır. Maraqlıdır ki, bu səs düşüşü İstanbul, Ankara, İzmir, Bursa, Adana ve Antalya kimi iri şəhərlərdə özünü göstərdi. İşin ən incə və maraqlı tərəfi də budur ki, HDP məhz sözügedən iri şəhərlərdə təqribən elə həmin faiz nisbətində səs qazanmış oldular. Yəni, HDP-li seçici parlamentdə HDP-ni, prezident seçkisində isə İncəni dəstəklədiyi halda, CHP seçicisi, HDP-nin faiz baryerini keçə bilməsi üçün ona “əmanət” səs verdi. HDP-nin prezident seçkisindəki namizədi Səlahəddin Dəmirtaşın, partiyasının yığıdığı səsin yarısı qədər belə səs yığa bilməməsinin səbəbi də məhz elə budur. Nəticədə CHP-nin Millət İttifaqından kənar bir fərqli ittifaqda olması da üzə çıxmış oldu ki, bu da səbəbsiz deyildi.

    Ümumiyyətlə vurğulamalıyıq ki, HDP-nin növbəti dəfə barajı aşmasının səbəbi CHP oldu. Məhərrəm İncə ilə CHP-nin səs faizi arasındakı böyük fərq məhz bunun göstəricisidir. Əgər HDP zamanında məclisə AKP-nin sayəsində daxil olurdusa, son iki seçkidə bu partiya CHP-nin sayəsində məclisə girir.

    Və burada diqqət çəkən başqa bir incə məqam ondan ibarətdir ki, Cümhur İttifaqının parlamentdəki vəkil sayı, anayasa dəyişikliyi üçün gərəkli olan 360-400 millət vəkili sayından azdır. HDP baraj altında qalsaydı, Cümhur İttifaqı doğu və güney-doğu bölgələrindən qazanacağı səs hesabına bu çoxluğu əldə edə bilərdi.

    Millət İttifaqının bəlkə də ən az danışılan və diqqətdən kənarda qalan üzvü Səadət Partiyasının da seçkiyə müəyyən təsiri oldu. Belə ki, məhz SP-dan və İYİ Partiyadan gələn dəstəyin hesabına CHP uzun zamandır ki, millət vəkili qazana bilmədiyi Adıyaman, Karabük, Karaman, Kars, Kastamonu, Kırıkkale, Kırşehir, Kütahya, Nevşehir, Şanlıurfa və Yozgatdan bir millət vəkili qoltuğu qazandı. Digər tərəfdən də, Elazığda SP-nin aldığı 3.4 faiz səs, ittifaqda olmaları səbəbi ilə CHP-nin yığdığı səslərə əlavə edildi və nəticədə cümhuriyyətçilər 40 ildən çoxdur ki, millət vəkili qazana bilmədikləri Elazığdan bir vəkil qoltuğu əldə etdilər.

    Nəticə

    Nəticələri ilə xeyli düşündürücü olan bu seçki, Türkiyəmiz və eləcə də bölgə üçün ciddi mesajlar verdi. Bu ilk növbədə Türkiyənin aktiv Yaxın Şərq siyasəti yeritməsi, Qərbin iqtisadi təzyiqləri və bölücü qruplaşmaları dəstəkləməsi fonunda, Türk xalqının verdiyi mesajdır. AKP-yə göstərilən etimadla yanaşı, ona həm də milliyətçi düşərgə təmsilçisinin ortaq təyin edilməsi nə qədər düşündürücüdürsə, ana müxalifət partiyası təmsiliçisinin öz partıyası ilə müqayisədə daha çox səs yığması da, o qədər anlamlıdır. Demək ki, dəyişikliklər olacaq. Və bu dəyişikliklər yalnız siyasi partiyaların daxili kluarlarında deyil, ölkədə də gedəcək. Çünki xalqın seçki ilə verdiyi mesaj bu oldu. Türkiyəmiz üçün xeyirli-uğurlu olsun.

    Vüqar Zifəroğlu (Faktor.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər