Mehriban Əliyevanın köməkçilərinin sayı artırıldı

Mehriban Əliyevanın köməkçilərinin sayı artırıldı
  • Siyasət / Manşet

  • Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırılıb.

    Asiya.az xəbər verir ki, bu, prezident İlham Əliyevin "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 may tarixli 2922 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə” sərəncamda əksini tapıb.

    Dəyişikliyə əsasən, Birinci vitse-prezidentin köməkçilərinin sayı 5-dən 6-ya qaldırılıb.

    Birinci vitse-prezidentin işlərinin təminatı sektorunda isə işçi ştatının sayı 9 ştatdan 14 ştata qədər artırılıb.

    Qeyd edək ki, hələlik Birinci vitse-prezidentin 4 köməkçisi təyin edilib. Bunlar Anar Ələkbərov, Yusuf Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimovdur.
    PAYLAŞ:

    Oxşar xəbərlər