Azərbaycanın daxili işlər nazirləri: kim neçə il işləyib? (SİYAHI)

Azərbaycanın daxili işlər nazirləri: kim neçə il işləyib? (SİYAHI)
  • Araşdırma / Manşet

  • Bu gün - 2 iyul Azərbaycan polisi günüdür. Polis orqanlarının yaranmasından 100 il ötür. Düz 100 il bundan öncə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradıldı.

    Sizə Azərbaycan Xalq Cümhuriyyəti, sovet dönəmi və müstəqillik illərində daxili işlər naziri oçmuş şəxslərin siyahısını təqdim edirik:

    Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər nazirləri:

    1. Fətəli Xan İsgəndərxan oğlu Xoyski (28 may 1918 - 17 iyun 1918)
    2. Cavanşir Behbud xan Azad xan oğlu (17 iyun 1918 - 26 dekabr 1918)
    3. Xasməmmədov Xəlil bəy (26 dekabr 1918- 16 iyun 1919)
    4. Yusifbəyli Nəsib bəy Yusif oğlu (16 iyun 1919- 22 dekabr 1919)
    5. Hacınski Məmmədhəsən Cəfərqulu oğlu (22 dekabr 1919- 15 fevral 1920)
    6. Vəkilov Mustafa ağa Nadir ağa oğlu (15 fevral 1920- 28 aprel 1920)

    Azərbaycan SSR-in daxili işlər nazirləri:


    1. Sultanov Həmid Həsən oğlu (28 aprel 1920 - 1 iyun 1921)
    2. Bağırov Mircəfər Abbas oğlu (5 oktyabr 1921 - 22 may 1927)
    3. Rizayev Novruz Kərim oğlu (22 may 1927 - 10 iyul 1929)
    4. Yemelyanov Stepan Fyodoroviç (1 avqust 1929 - 5 fevral 1941)
    5. Yaqubov Mirteymur Ələkbər oğlu (6 mart 1941 - 1 iyun 1943)
    6. Atakişiyev Ağasəlim İbrahim oğlu (10 iyun 1943 - 6 iyun 1953)
    7. Quskov Anatoli Mixayloviç (8 avqust 1953 - 25 mart 1954)
    8. Buliqa İvan Yefistovyeviç (30 aprel 1954 - 10 iyul 1956)
    9. Əli Kərimov (siyasətçi) (11 avqust 1956 - 5 fevral 1960)
    10. Məmmədov Xəlil Məmməd oğlu (3 noyabr 1960 - 5 yanvar 1965)
    11. Əlizadə Məmməd Əli oğlu (5 yanvar 1965 - 19 mart 1970)
    12. Heydərov Arif Nəzər oğlu (19 mart 1970 - 20 iyul 1978)
    13. Vəliyev Cəfər Cəbrayıl oğlu (4 noyabr 1978 - 6 aprel 1987)
    14. Məmmədov Aydın İsrafil oğlu (7 aprel 1987 - 9 may 1990)

    Müstəqillik illərində daxili işlər naziri vəzifəsini tutanlar:

    1. Əsədov Məhəmməd Nəbi oğlu (23.05.1990 – 20.11.1991)
    2. Kərimov Tofiq Mirzə oğlu (21.11.1991 – 20.02.1992)
    3. Əliyev Tahir Yunus oğlu (24.02.1992 – 25.05.1992)
    4. Həmidov İsgəndər Məcid oğlu (26.05.1992 – 16.04.1993)
    5. Allahverdiyev Abdulla Museyib oğlu (21.04.1993 – 25.06.1993)
    6. Novruzov Vaqif Yusif oğlu (07.07.1993 – 29.04.1994)
    7. Usubov Ramil İdris oğlu (29.04.1994) (Qaynarinfo)
    PAYLAŞ:

    Oxşar xəbərlər