Hücuma məruz qalan azərbaycanlı icra başçıları (SİYAHI)

Hücuma məruz qalan azərbaycanlı icra başçıları (SİYAHI)
  • Maraqlı / Araşdırma

  • Xəbər verdiyimiz kimi, iyulun 3-ü saat 20:30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova silahlı hücum olub. Onlar hücum nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Son məlumata görə, Elmar Vəliyev dünən gecə saatlarında İsrailə aparılıb.

    Open.az Azərbaycanda hücuma məruz qalan digər icra başçıları barədə araşdırma aparıb.

    Məlum olub ki, 2013-cü il avqutun 6-sı Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev bir qrup şəxs tərəfindən döyülüb. İcra başçısının döyülməsinə səbəb kimi bir neçə sahibkara külli miqdarda borclu olması bildirilib. Belə ki, rayonda abadlıq adı ilə sahibkarlardan borc alan icra başçısı tezliklə həmin pulu qaytaracağına dair vəd versə də, buna əməl etməyib. Bir müddət davam edən danışıqlardan sonra Vidadi İsayev həmin şəxslərin hücumuna məruz qalıb. Qolu sındırılan və müxtəlif bədən xəsarətləri alan icra başçısı baş verən olayı gizli saxlamağa çalışıb. Döyülməsi xəbərini təkzib edən V.İsayev yol qəzası keçirdiyini bildirib.

    Hücuma məruz qalan azərbaycanlı icra başçıları (SİYAHI)

    2014-cü il dekabrın 11-i Gəncədə Gülüstan və Avtozavod qəsəbələri ərazisində qanunsuz tikililərin söküntüsü işləri həyata keçirilərkən Nizami rayon icra hakimiyyətinin başçısı Nizami Hacıyev və müavininə, eləcə də Gəncə Şəhər Baş Polis İdarəsinin 5 əməkdaşına qarşı hücum edilərək xəsarətlər yetirilib.

    Hücuma məruz qalan azərbaycanlı icra başçıları (SİYAHI)

    2016-cı il oktyabrın 26-da mətbuatda Qazaxın icra başçısı Rəcəb Babaşov öz kabinetində "Qırmızı körpü” gömrük keçid məntəqəsinin rəisi Mehman Sadıqovla əlbəyaxa dava olması barədə xəbərlər yayılıb. Mübahisənin səbəbi kimi Rəcəb Babaşovun "Qırmızı körpü” gömrük keçid məntəqəsindən qaçaqmal yolu ilə siqaret keçirmək istəməsi olduğu bildirilib.

    Hücuma məruz qalan azərbaycanlı icra başçıları (SİYAHI)

    Bu il aprelin 4-ü Yasamal Rayon İcra başçısı Əziz Əzizov sakinlər tərəfindən hücüma məruz qaldığı barədə məlumatlar yayılıb. Məlumata görə, icra başçısı üzündən xəsarət alıb. Hadisəyə səbəb Yasamal rayonunda kanalizasiya xətlərinin partlaması vətəndaşların buna laqeyd yanaşan İcra orqanlarına qarşı etiraz etməsi olub. Yasamal Rayon İcra Hakimiyəti isə hadisəni təkzib edib.

    Hücuma məruz qalan azərbaycanlı icra başçıları (SİYAHI)
    PAYLAŞ:

    Oxşar xəbərlər