Səhiyyə Nazirliyi Elmar Vəliyevin səhhəti haqda niyə məlumatsızdır? (AÇIQLAMA)

Səhiyyə Nazirliyi Elmar Vəliyevin səhhəti haqda niyə məlumatsızdır? (AÇIQLAMA)
  • Sosial

  • Gəncə şəhərinin güllə yarası almış icra başçısı Elmar Vəliyevin hazırda müalicəsini İsraildə davam etdirdiyi barədə məlumatlar var.

    E.Vəliyevin dövlət məmuru olduğunu nəzərə alsaq, normalda ölkənin Səhiyyə Nazirliyi onun səhhəti ilə bağlı vəziyyəti diqqətdə saxlamalı və rəsmi açıqlamalar da bu qurumdan verilməlidir. Modern.az saytı da bunu nəzərə alaraq Səhiyyə Nazirliyinə müraciət edib.

    Amma nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova əməkdaşımıza bildirib ki, Elmar Vəliyevin səhhəti ilə bağlı nazirlikdə hər hansı məlumat yoxdur: "Bununla bağlı məlumat hüquq-mühafizə orqanlarındadır. Biz məlumatsızıq”.

    Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, iyulun 3-də Elmar Vəliyevi və mühafiəzçisini güllələmiş 1983-cü il təvəllüdlü, Gəncə şəhərində anadan olmuş Rusiya vətəndaşı Yunis Səfərov tutularaq, tərksilah edilib.

    Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər