Türkiyədə gənc azərbaycanlı qadın qayadan şəlaləyə düşdü - Meyiti tapıldı/ FOTOLAR

Türkiyədə gənc azərbaycanlı qadın qayadan şəlaləyə düşdü - Meyiti tapıldı/ FOTOLAR
  • Olay

  • Türkiyədə istirahət edən azərbaycanlı turist faciəvi şəkildə ölüb.

    Türkiyə KİV-i xəbər verir ki, Türkiyənin Muğla bölgəsindəki Kabak Koyu turizm ərazisində olan şəlaləyə getmək üçün 27 yaşlı Məryəm Ömərova dağlıq ərazi ilə 2 kilometrə yaxın yol qət edib.

    Məqsədi Aladere şəlaləsinin yuxarı hissəsinə çatmaq olub. Şəlaləyə az qalmış Kabak Koyunda qayalıqdan düşən azərbaycanlı qadın həyatını itirib.

    2 saat davam edən əməliyyatdan sonra qadının meyiti düşdüyü ərazidən götürülərək Fethiye dövlət xəstəxanasının morquna aparılıb.


    Türkiyədə gənc azərbaycanlı qadın qayadan şəlaləyə düşdü - Meyiti tapıldı/ FOTOLAR
    Türkiyədə gənc azərbaycanlı qadın qayadan şəlaləyə düşdü - Meyiti tapıldı/ FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər