Asiya.az azvision.az-a istinadən xəbər verir ki, artıq qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilib.
Sosial şəbəkədəki paylaşımlarında Fərrux Xəqani oğlu Qasımovun radikal dindar olduğu açıq-aşkar hiss olunur. O, müxtəlif vaxtlarda İranda dini abidələri ziyarət edib. Hətta paylaşımlarında dini təbliğata yönəlik videolara üstünlük verib. Gəncə hadisələri törədilməmişdən öncə Fərrux Kərbəlanı ziyarət edib.