Terrorçuluğa çağırış edən şəxslər barədə 21 cinayət işi başlanıldı, 3 nəfər həbs edildi

Terrorçuluğa çağırış edən şəxslər barədə 21 cinayət işi başlanıldı, 3 nəfər həbs edildi
  • Hadisə

  • Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanılıb, 3 şəxs həbs edilib.

    Asiya.az xəbər verir ki, Hüquq mühafizə orqanlarından verilən məlumata görə, digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    Terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa veriliblər.

    Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barədə inzibati həbs tədbiri seçilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər