Fransa 20 il sonra dünya çempionu oldu (FOTO/VİDEO)

Fransa 20 il sonra dünya çempionu oldu (FOTO/VİDEO)
  • İdman

  • Rusiyada keçirilən dünya çempionatı başa çatıb.

    Asiya.az xəbər verir ki, bu gün turnirin final matçı keçirilib. Moskvadanın "Lujniki" stadionunda Fransa və Xorvatiya milliləri üz-üzə gəlib.

    Onlar 62 oyunluq mübarizənin ardından - yarımfinal görüşlərindən sonra bir-birilərinə rəqib olublar. Ötən gün 63-cü matçda bürünc mükafatçı müəyyənləşmişdi. Belçika İngiltərəni 2:0 hesabı ilə yenərək, mundiallar tarixinində ilk dəfə 3-cü yeri tutub.

    Finalda isə Xorvatiya tarixi nailiyyətə imza ata bilərdi. Əslində bu komanda həlledici görüşə vəsiqə qazanmaqla, ən azı gümüş medalı təmin etmiş və bürünc medal qazandıqları "DÇ-1998"dəki nailiyyətini yaxşılaşdırmışdı. Onlar 20 il əvvəlki mundialın yarımfinalında məhz Fransaya uduzmuşdu - 1:2.

    Xorvatların intiqam almaq istəyi baş tutmayıb. Hesab 18-ci dəqiqədə açılıb. Mario Macukiçin avtoqolu Fransanı sevindirib. Xorvatiya 10 dəqiqə sonra İvan Perişiçin qolu ilə bərabərliyi təmin edib. 38-ci dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirən Antoine Qrizmann Fransanı yenidən heabda önə keçib. 59-cu dəqiqədə Paul Poqba, 65-ci dəqiqədə Kilian Mbappe frəqlənib. Son nöqtəni isə 69-cu dəiqədə Mario Macukiç qoyub - 4:2.

    Bununla da Fransa millisi 20 il sonra dünya çempionu olub.

    DÇ-2018
    Final

    15 iyul
    Fransa - Xorvatiya 4:2

    Qollar: Antoine Qrizmann, 19; 39. Paul Poqba, 59. Kilian Mbappe, 65 - İvan Perişiç, 28. Mario Macukiç, 69.
    Fransa: 1. Hüqo Lloris (k), 2. Benjamin Pavar, 4. Rafael Pavar, 5. Samuel Umtiti, 6. Pol Poqba, 7. Antoine Qrizmann, 9. Olivye Jiru, 10. Kilian Mbappe, 13. Nqolo Kante, 14. Blez Matuidi, 21. Lukas Hernandez.

    Ehtiyat oyunçular: 16. Stiv Mandanda, 23. Alfonso Areola, 3. Presnel Kimpembe, 8. Tomas Lemar, 11. Osman Dembele, 12. Sorentin Tolisso, 15. Stiv Nzonzi, 17. Adil Rami, 18. Nabil Fekir, 19. Cibril Sidibe, 20. Florin Tauvin, 22. Benjamin Mendi.

    Baş məşqçi: Didye Deşam.

    Xorvatiya: 23. Daniel Subaşiç, 2. Şimo Vrasilko, 3. İvan Ştirniç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 7. İvan Rakitiç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 17. Mario Macukiç, 18. Ante Rebiç, 21. Domoqoy Vida.

    Ehtiyat oyunçular: 1. Dominik Livakoviç, 12. Lovre Kaliniç, 5. Vedran Çorluka, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 13. Tin Yedvay, 14. Filip Bradariç, 15. Duye Kaleta-Kar, 19. Milan Badeli, 20. Marko Pyatsa, 22. Yosip Pivariç.

    Baş məşqçi: Zlatko Daliç.

    Hakimlər: Nestor Pitanya, Ernan Maydana, Xuan Pablo Belatti (Argentina), Byörn Kuypers, Ervin Zeinstra (Hollandiya).

    Moskva, "Lujniki" stadionu.

    PAYLAŞ:

    Oxşar xəbərlər