Azərbaycanda 631 məhkum cəza çəkməkdən azad olunub

Azərbaycanda 631 məhkum cəza çəkməkdən azad olunub
  • Manşet / Hadisə

  • Bu ilin 6 ayı ərzində penitensiar müəssisələrdə cəza çəkən 5055 məhkum barədə müvafiq sənədlər məhkəmələrə təqdim edilib.

    Asiya.az xəbər verir ki, bu barədə Penitensiar Xidmətin rəis müavini, ədliyyə polkovniki Oqtay Məmmədov tədbiri açaraq Xidmətin 2018-ci ilin ilk altı ayı ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsində bildirib.

    Oqtay Məmmədov qeyd edib ki, 631 məhkum cəza çəkməkdən azad olunub, 1845 məhkumun cəza müddəti azaldılıb, 263 məhkumun cəzaçəkmə rejimi dəyişdirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər