İlham Əliyev Fransada görüşlər keçirir - FOTO

İlham Əliyev Fransada görüşlər keçirir - FOTO
  • Siyasət / Manşet

  • İyulun 20-də Parisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Milli Assambleyasının sədri Fransua de Rüji ilə görüşü olub.

    Asiya.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

    İlham Əliyev Fransada görüşlər keçirir - FOTO

    13:24

    İyulun 20-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Parisdə Fransanın SADE şirkətinin prezidenti Patrik Lölo ilə görüşüb.

    Asiya.az xəbər verir ki, görüşdə SADE şirkətinin Azərbaycanda “Ağıllı Şəhər” layihəsində və meliorasiya sahəsində fəaliyyətindən məmnunluq ifadə olunub.

    Patrik Lölo bildirib ki, SADE Azərbaycanda fəaliyyətini bundan sonra da davam etdirmək niyyətindədir.

    Prezident İlham Əliyev SADE şirkətinin Azərbaycanda fəaliyyətinin dəstəkləndiyini qeyd edib.

    Dövlət başçısı vurğulayıb ki, meliorasiya sahəsi Azərbaycan üçün prioritet istiqamətlərdəndir.

    Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

    12:12

    İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Parisdə “CIFAL” qrupunun prezidenti Jil Remi ilə görüşü olub.

    Asiya.az xəbər verir ki, görüşdə Azərbaycan-Fransa işgüzar dairələrinin əməkdaşlığı, birgə layihələrin icrası, investisiya qoyuluşu məsələləri və digər sahələrdə əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

    İlham Əliyev Fransada görüşlər keçirir - FOTO

    Azərbaycan Prezidenti həmçinin Parisdə “Bouygues Travaux Publics” şirkətinin baş icraçı katibinin müavini Mark Adler ilə görüşüb.

    Fransanın Azərbaycanda fəaliyyət göstərən ən böyük şirkətlərindən biri olan “Bouygues Travaux Publics” şirkətinin baş icraçı katibinin müavini Mark Adler təmsil etdiyi qurumun ölkəmizdə nəqliyyat, inşaat, metro tikintisi sahələrində işləməkdə maraqlı olduğunu bildirib.
    Prezident İlham Əliyev bunu yüksək qiymətləndirdi və əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.

    İlham Əliyev Fransada görüşlər keçirir - FOTO

    11:13

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyulun 20-də Parisdə “Thales International” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə görüşüb.

    Asiya.az xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

    İlham Əliyev Fransada görüşlər keçirir - FOTO
    İlham Əliyev Fransada görüşlər keçirir - FOTO

    11:09

    İyulun 20-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Parisdə “Rothschild and Co” şirkətinin sədri Devid de Rotşild ilə görüşüb.

    Asiya.az xəbər verir ki, görüşdə Azərbaycan ilə “Rothschild and Co” şirkəti arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi, bu əməkdaşlığın bank sektorunda, özəlləşdirmə sahəsində genişləndirilməsinin zəruriliyi vurğulanıb.

    Devid de Rotşild babasının vaxtilə Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini, onun da bu ənənəni davam etdirmək niyyətində olduğunu bildirib.

    İlham Əliyev Fransada görüşlər keçirir - FOTO
    İlham Əliyev Fransada görüşlər keçirir - FOTO

    11:03

    İyulun 20-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Parisdə “Iveco France” şirkətinin prezidenti, “Iveco Global Bus”un rəhbəri Silvan Blez ilə görüşüb.

    Asiya.az xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

    İlham Əliyev Fransada görüşlər keçirir - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər