Moskva-Bakı mikroavtobusu qəzaya uğradı: 8 azərbaycanlı yaralandı

Moskva-Bakı mikroavtobusu qəzaya uğradı: 8 azərbaycanlı yaralandı
  • Olay

  • Moskva-Bakı marşrutu üzrə hərəkət edən "Mercedes” markalı mikroavtobus qəzaya uğrayıb.

    Asiya.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Rusiyanın Stavropol diyarı ərazisində baş verib.

    Qafqaz federal magistralının hava limanına dönən mikroavtobus "Ford” və "VAZ 2110” markalı minik avtomobilləri ilə toqquşub. Nəticədə mikroavtobusda 11 nəfər, "Ford”da 3 nəfər, "VAZ 2110” markalı avtomobildə isə 2 nəfər olub. Yaralılardan 8-i Azərbaycan vətəndaşıdır. Onlar xəstəxanaya yerləşdirilib. Bir qadının vəziyyəti ağırdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər