Şəhidimiz torpağa tapşırıldı- Fotolar

Şəhidimiz torpağa tapşırıldı- Fotolar
  • Sosial

  • Bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Alışov Səməd Anar oğlu şəhid olub.

    Asiya.az xəbər verir ki, Səməd Alışov Füzuli istiqamətində düşmənin atəşkəs rejimini pozması nəticəsində həyatını itirib.

    1999-cu il təvəllüdlü Səməd Alışov, Qəbələ rayonunun Zirik kəndində doğulub. Fiziki məhdudiyyətli bir qardaşı var. Hərbi xidmətini başa vurmağına 2 ay qalmışdı.

    Şəhidimiz doğulduğu kənddə də torpağa tapşırılıb. Şəhidin dəfnində ailə üzvləri , Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak ediblər.

    Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, əsgər postda olarkən başından vurulub.

    Allah şəhidimizə rəhmət eləsin!


    Şəhidimiz torpağa tapşırıldı- Fotolar
    Şəhidimiz torpağa tapşırıldı- Fotolar
    Şəhidimiz torpağa tapşırıldı- Fotolar
    Şəhidimiz torpağa tapşırıldı- Fotolar
    PAYLAŞ:

    Oxşar xəbərlər