30 günə qara ciyəri yeniləyən qidalar

30 günə qara ciyəri yeniləyən qidalar
  • Maraqlı / Araşdırma

  • Qara ciyər orqanizmin metabolizmasını sürətləndirən, xəstəliklərə səbəb olan virusların orqanizmdən ifrazını təmin edən, həyata sağlam bir şəkildə davam etməyimizi təmin edən bir orqandır. Bu səbəbdən qara ciyərin sağlam çalışması vacibdir. Bəzi qidalar qara ciyərdə detoks təsiri yaradaraq 30 gün ərzində yenilənməsini təmin edir.

    Asiya.az Ölkə.Az-a istinadən bu qidaların siyahısını təqdim edir.

    Ənginar

    Pəhriz üçün faydalıdır. Eyni zamanda qara ciyərə də təsiri çoxdur.

    Yeməkdən əvvəl bir diş sarımsaq

    Boş mədəyə sarımsaq udmaq ən klassik reseptdir. Sarımsaq ağız qoxusuna səbəb olsa da, qara ciyər funksiyasını optimal hala gətirmək, arıqlamaq üçün əla vasitədir.

    Gündə bir ədəd qreyfurt

    Qreyfurt sağlam qara ciyər üçün çox vacibdir. Tərkibində C vitamini və antioksidantlar olan qreyfurt qara ciyərin təbii təmizləmə işlərinə kömək edir. Səhər yeməyində bir stəkan təzə sıxılmış qreyfurt suyu içmək də olar.

    Qarabaşaq

    Qarabaşaq həm pəhriz sevənlər üçün əladır, həm də qaraciyərə çox faydalıdır. Qara ciyəri qoruyan maddələrə müsbət təsiri var.
    PAYLAŞ:

    Oxşar xəbərlər