Nabranda 3 yaşlı uşaq itib (YENİLƏNİB)

Nabranda 3 yaşlı uşaq itib (YENİLƏNİB)
  • Olay

  • İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" helikopteri cəlb olunub.

    Asiya.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, axtarışlar yaxınlıqdakı meşə ərazisində və dənizdə FHN-in Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunmaqla davam etdirilir.

    Dövlət Sərhəd Xidmətinin kinoloqları və xüsusi təlim keçmiş itləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər.

    Əlavə məlumat veriləcək.

    ****
    Xəbər verildiyi kimi, Nabrandakı istirahət mərkəzlərindən birində 3 yaşlı oğlan itkin düşüb.

    Asiy.az-ın verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb:

    "22.07.2018-ci il tarixində Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışları davam etdirilir.

    Axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunub.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər. Axtarış tədbirləri meşəlik ərazidə və suda aparılır.

    Əlavə məlumat veriləcək”.

    Uşağın itkin düşməsi haqqında Qafqazinfo.az-a danışan 3 yaşlı İsmayılın nənəsi Elnarə Novruzovanın sözlərinə görə, besetkada oynayan uşaq 5 dəqiqə ərzində yoxa çıxıb:

    "Dünən səhər 11-ə qalmış Nabranda yerləşən "Mayak” otelinə getdik. Hadisə isə 12 radələrində baş verib. Mən balaca nəvəmi yedizdirirdim. Atası, babası da orada idi. İsmayıl da elə gözümüzün qarşısında oynayırdı. Başımı qaldıran vaxt uşağın orada olmadığını gördüm. Tez ətrafa, meşəyə, dəniz kənarına, bir sözlə, hər yerə baxdıq, ancaq tapmadıq”.

    E. Novruzova bildirib ki, son olaraq uşağın əynində göy şortik olub:

    "O boyda oteldə bir kamera yoxdur ki, haraya getdiyinə, başına nə iş gəldiyinə baxa bilək. Ağıllı uşaqdır, aktiv olsa da, heç vaxt başımıza belə bir hal gəlməyib. Dünəndən axtarışlar gedir, ancaq hələ də bir nəticə yoxdur. Görənlərdən xahiş edirik (055) 477 70 77 nömrəsi ilə əlaqə saxasın”.
    PAYLAŞ:

    Oxşar xəbərlər