Azərbaycanda məşhur sayta giriş dayandı – Açıqlama

Azərbaycanda məşhur sayta giriş dayandı – Açıqlama
  • Sosial

  • Bu gün ölkənin tanınmış internet portallarından biri Unikal.org saytının fəaliyyəti dayanıb.

    Asiya.az xəbər verir ki, dünən gecədən fəaliyyəti dayanan sayta giriş məhdudlaşdırılıb. Hazırda sayta giriş yoxdur.

    Azərbaycanda məşhur sayta giriş dayandı – Açıqlama

    Məsələ ilə bağlı açıqlama verən Unikal.org saytının baş redaktoru Asəf Rzayev bildirib ki, 24.07.2018-ci il tarixdə bəzi dövlət məmurları ilə bağlı xəbər yayımlanıb.
    Baş redaktorun sözlərinə görə, Unikal.org-un texniki xidmət əməkdaşları bildirir ki, sözügedən xəbərlər yayımlanandan sonra xarici ölkələrdən portala haker hücumu olub.
    “Nəticədə sayta giriş məhdudlaşıb.Saytımıza edilən haker hücumu ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəyik”.
    PAYLAŞ:

    Oxşar xəbərlər