Heydər Əliyev prospektində qəza: 6 avtomobil toqquşub, 2-si aşıb- Video

Heydər Əliyev prospektində qəza: 6 avtomobil toqquşub, 2-si aşıb- Video
  • Olay

  • Ötən gün Heydər Əliyev prospektinin köhnə “Komsomol” dairəsi yaxınlığından keçən hissəsində dəhşətli qəza baş verib.

    Virtualaz.org xəbər verir ki, sürətlə hərəkət edən “Wolksfagen” markalı avtomobil “Mercedes” markalı iki minik avtomobili və daha bir neçə avtomobillə toqquşub. Zərbənin gücündən iki nəqliyyat vasitəsi aşaraq yolun hərəkət hissəsini bağlayıb.

    Rusiyanın vesti.ru saytı qəza baş verən anın görüntülərini yayımlayıb. Kadrlar qəzaya düşən avtomobillərdən birinin salonunda quraşdırılan kamera tərəfindən qeydə alınıb. Avtomobilin sürücüsü qarşıda kiçik tıxac yarandığını gördükdə sürəti azaltmağa çalışsa da, qəza qaçılmaz olub.


    PAYLAŞ:

    Oxşar xəbərlər