“Toppuş bacı” Xərçəngə tutulub- əri “Allah mənim ömrümdən kəsib sənin ömrünə calasın”

“Toppuş bacı” Xərçəngə tutulub- əri  “Allah mənim ömrümdən kəsib sənin ömrünə calasın”
  • Mədəniyyət

  • Əməkdar artist Tünzalə Əliyeva xərçəng xəstəliyinə yoluxub.

    Asiya.az xəbər verir ki, bu barədə “Həyat” Fondunun rəhbəri, aparıcı Hacı Nuran Hüseynov İnstaqram hesabında məlumat verib.

    “Həyat bir imtahandır. Ya bu imtahandan keçirsən, ya da kəsilirsən.Qəribə olanı odur ki, burada hazırlıq, bilik, savad rol oynamır. Ya sən keçirsən, ya da... Amma burda bir dərman da var: İnam!

    İnanırsan ki, sən mütləq keçəcəksən. Məhz bu inam imtahanda adama həyan olur, yardım edir. Məni yaşadan daim inam olub. Mən bu gün hansı xəstəyə baş çəkirəmsə, ona inam arzu edirəm. Ona “Allah şəfa versin” deyib, ən xoş arzularımı diləyirəm. Məgər məni bu günə qədər yaşadan sizin arzu və dualarınız deyilmi?! Gəlin hamılıqla ağır xərçəng xəstəliyinə düçar olan, yataqda şəfa inamı ilə yaşayan, cəmi 45 yaşı olan gözəl insan, “Toppuş bacı” obrazını canlandıran təkrar olunmaz aktrisa, Azərbaycanın əməkdar artisti Tünzalə Əliyevaya dua edək və ona kömək edək”, - deyə aparıcı bildirib.

    Qeyd edək ki, T. Əliyevanın əməliyyata girərkən çəkilmiş görüntüləri də sosial şəbəkədə yayılıb.

    Xərçəng xəstəliyinə düçar olan əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial mediada paylaşım edib.

    Asiya.az axşam.az-a istinadən xəbər verir ki, o, türkiyəli müğənni Mahsum Kırmızıgülün "Belalım" mahnısına çəkilmiş klipi səhifəsində yerləşdirərək xanımına ürək sızladan mesaj göndərib:

    "Bəzən həyat çox amansız olur. Bəzən isə sən çox aciz olursan, sevdiklərinə kömək edə bilmirsən, etmək istəyirsən, amma bacarmırsan.

    Tez qayıt, xahiş edirəm. Allah mənim ömrümdən kəsib sənin ömrünə calasın. Amin!".

    Qeyd edək ki, T.Əliyeva həyat yoldaşı Röyalla 2013-cü ildə ailə qurub. Cütlüyün bir qızı var.


    “Toppuş bacı” Xərçəngə tutulub- əri  “Allah mənim ömrümdən kəsib sənin ömrünə calasın”

    “Toppuş bacı” Xərçəngə tutulub- əri  “Allah mənim ömrümdən kəsib sənin ömrünə calasın”
    PAYLAŞ:

    Oxşar xəbərlər