Gəncədə hicablı qızı mağazada diri-diri yandırdılar? - Nazirlikdən açıqlama - VİDEO

Gəncədə hicablı qızı mağazada diri-diri yandırdılar? - Nazirlikdən açıqlama - VİDEO
  • Sosial

  • Sosial şəbəkələrdə dəhşətli görüntüləri əks etdirən video yayılıb.

    Asiya.az xəbər verir ki, videoda gənc bir qadının diri-diri yandığı əks olunub.

    Belə ki, Gəncə şəhərində mağazaların birində kişi qadına yaxınlaşaraq, onun üzərinə “kislota” töküb.

    Videodan da aydın görünür ki, oğlan qadını alışqan vasitəsilə yandırıb və qaçıb.

    Big.az hadisənin hansı səbəbdən baş verməsi ilə maraqlanıb.

    Daxili İşlər Nazirliyindən Big.az-a verilən məlumata görə, görüntülər iddia olunduğu kimi Gəncədə baş verməyib: "Ümumiyyətlə, ola bilsin ki, hadisə heç Azərbaycanda baş verməyib. Çünki videoda da göründüyü kimi qıraqdan şərh verənlər azərbaycanlıdır. Dəfələrlə ölkəmizdə baş verməyən hadisələri bölgələrimizdə baş vermiş hadisə kimi qələmə verirlər. Amma yenə də hadisə tərəfimizdən araşdırılır”.


    PAYLAŞ:

    Oxşar xəbərlər