“İqtisadiyyat nazirliyində 145 ştat var, 9 mərtəbəli binada oturub havayı pul alırlar”

“İqtisadiyyat nazirliyində 145 ştat var, 9 mərtəbəli binada oturub havayı pul alırlar”
  • Siyasət / Maraqlı / İqtisadiyyat

  • Bildiyimiz kimi Mobil telefonların qeydiyyat rüsumu minimum 4 dəfə, maksimum isə 30 dəfəyədək qaldırılıb. İndiyədək 5 manat olan qeydiyyat rüsumu bundan sonra telefonun modelindən asılı olaraq 20-150 manat olacaq.

    “İstifadəçi hüquqlarına dair BMT-nin sənədində göstərilir ki, hökumətlər elə siyasət aparmalıdır ki, istehlakçıların mallara və xidmətlərə əlçatarlığı daim təmin olunsun. Ədalətli şəkildə kasıb istehlakçının da, varlı istehlakçının da mal və xidmətlərə əlçatarlığında bərabərlik olsun. Çox təəssüf ki, bu qərar BMT-nin həmin sənədinin ziddinədir. Mən düşünürəm ki, dövlət ciddi hərəkət etməli və qiymətlər aşağı salınmalıdır. ”

    Bu barədə Eyyub Hüseynov Bizimyol.info – ya açıqlmsında məlumat verib. O həm də qeyd edib ki, bazarda baş verən hər bir iş istehlakçıların zərərinə dəyişir və istehlakçı hüquqlarını qoruyan dövlət orqanları ümumiyyətlə susublar və yox dərəcəsindədirlər.

    “Bu məsələ ictimaiyyəti narahat edən bir məsələdir. Bu gün bizə bu məsələ ilə bağlı 8 zəng daxil olub. Bunu belə anlamaq olar ki, hökumət istəyir ki, mobil və ya bahalı telefonlardan istifadənin miqdarı aşağı düşsün. Mən özüm də tərəfdarıyam ki, bahalı və müasir telefonlar çıxdıqca istehlakçıların aldadılması prosesi artır. Sanki, mobil telefon istehsalçıları ilə mobil operatorlar arasında çox güclü əlaqələr var. Məsələn, bizə gələn şikayətlər arasında qeyd olunub ki, telefon avtomatik olaraq xarici ölkədə internetə qoşulub və istehlakçıya 1000-2000 dollar pul yazılıb. Hansı ki istehlakçı həmin internetdən istifadə etməyib. Əhali mobil telefonların funksiyalarını bilmədiyi halda bahalı mobil telefonları kredit yolu ilə alırlar. Bu isə böyük problemlər yaradır, lakin dövlətin bu qərarı istehlakçı hüquqlarını məhdudlaşdırılması kimi görünür və istehlakçının mallara əlçatarlığının azaldılması kimi qiymətləndirilə bilər. İstehlakçıların hüquqlarının müdafiəsinə dair BMT-nin sənədində göstərilir ki, hökumətlər elə siyasət aparmalıdır ki, istehlakçıların mallara və xidmətlərə əlçatarlığı daim təmin olunsun. Ədalətli şəkildə kasıb istehlakçının da, varlı istehlakçının da mal və xidmətlərə əlçatarlığında bərabərlik olsun. Çox təəssüf ki, bu qərar BMT-nin həmin sənədinin ziddinədir.

    Mən düşünürəm ki, dövlət ciddi hərəkət etməli və qiymətlər aşağı salınmalıdır. Mən hökumətin yerində olsaydım bazar fəndlərindən istifadə edərdim, yəni inzibati metoddan istifadə etməzdim. Bazarda elə bir rəqabət yaradardım ki, tələb və təklif aksiyomları ilə işləyərdi. Ancaq mən inzibati yolun bazarın prinsiplərinə təsirini keyfiyyətli hesab etmirəm. Qiymətlərin təyin olunması məsələsində başqa bir aksiyom var. Xalq içində də belə bir məsəl var ki, deyirlər ‘’bazara bir satıcı gəlib ərşini öz bildiyi kimi ölçür’’. Bu ayrı bir məsələdir ki, qaçaqlar, qaçaqmal daşıyanlara aid olunub. Həm də deyirlər ki, ‘’ bizim mallara pul verib al, o da ağacdan bir budaq qırıb və deyib ki, mənim metrəm bu boydadır’’. Bu indiki prinsipə bənzəyir. Kim qiyməti necə istəyir, elə də təyin edəcək və bu da əhalinin narazılığına səbəb olacaqdır. Hökumət bu qərar ciddi dəyişiklik etməlidir. Çox təəssüflər olsun ki, ölkə prezidenti dəfələrlə ölkədə monopoliyanın , partiya sözləşmələrinin olduğunu dəfələrlə dilə gətirsə də, dövlət qurumlarına bu barədə tapşırıqlar versə də ölkənin antimonopoloqluğu ümumiyyətlə işləmir, ölkədə antimonopoloq məcəlləsi qəbul olunmayıb. Bazarda baş verən hər bir iş istehlakçıların zərərinə dəyişir və istehlakçı hüquqlarını qoruyan dövlət orqanları ümumiyyətlə susublar və yox dərəcəsindədirlər. İqtisadiyyat nazirliyində 145 ştat var, 9 mərtəbəli binada oturub havayı pul alırlar’’.
    PAYLAŞ:

    Oxşar xəbərlər