Azərbaycanda universitet müəllimi özünü yandırdı

Azərbaycanda universitet müəllimi özünü yandırdı
  • Sosial

  • Samux rayon sakini ağır dərəcəli yanıq xəsarətləri alıb.

    Asiya.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qovlarsarı kəndində qeydə alınıb.

    Belə ki, həmin kəndin sakini, 1941-ci il təvəllüdlü Həsən Qəzənfər oğlu Yusifov üzəri alovlanmış vəziyyətdə yaşadığı evin həyətindən küçəyə çıxıb. Ətrafdakıların köməyi ilə alov söndürülüb və H.Yusifov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. H.Yusifovun özü-özünü yandırdığı ehtimal olunur.

    Onun kənd təsərrüfatı üzrə elmlər namizədi olduğu və əvvələr universitetlərin birində müəllim işlədiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər