Bakıda atışma: Ölən və yaralanan var

Bakıda atışma: Ölən və yaralanan var
  • Hadisə

  • Bakının Sabunçu rayonunda silahlı insident baş verib.

    Asiya.az "Report”-a istinadən xəbər verir ki, Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən "Naxçıvan" restoranında avtomat silahdan açılan atəş nəticəsində, ilkin məlumata görə, 1 nəfər ölüb, 1-i yaralanıb.

    Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlıları cəlb olunub.

    Ərazidə polis postu qurulub, giriş-çıxış zamanı axtarış aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər