Tacikistan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Tacikistan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
  • Siyasət / Manşet

  • Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon avqustun 9-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

    Asiya.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
    Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

    Tacikistan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

    Azərbaycan Prezidenti İlham Əliyevin adından Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun şərəfinə rəsmi ziyafət verilib. Dövlət başçıları rəsmi ziyafətdə çıxış ediblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər