Azərbaycanda zəhərlənən uşaq üçün Almaniya təyyarə göndərdi

Azərbaycanda zəhərlənən uşaq üçün Almaniya təyyarə göndərdi
  • Sosial

  • Almaniyadan Azərbaycana qonaq gələn uşaq zəhərlənib.

    Asiya.az xəbər verir ki, bunu Unikal.org-a açıqlamasında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.Şöbə müdirinin sözlərinə görə,uşaq alman deyil:

    "Azərbaycanlı ailənin övladı idi. Onlar Almaniyada yaşayırlar. Sadəcə bir neçə gün öncə Hacıqabula qonaq gəliblər. Orada beş yaşlı Abbasov Nicat Samir oğlu heyvanları məhv etmək üçün olan dərmanı içib. Dərmanın dozası çox olmayıb. Ailə uşağı Şirvan mərkəzi xəstəxanasına aparıb və ona ilkin tibbi yardım göstərilib. Daha sonra Şirvana Toksikologiya şöbəsindən həkim dəvət olunub. Uşaq müayinə olunması üçün Bakıya gətirilib. Əgər qalsaydı iki günə evə buraxacaqdıq”.

    Azər Maqsudov əlavə edib ki, uşaq sağlam şəkildə xəstəxanadan çıxarılıb:

    "Uşağın səhhəti normal olub, həyatı təhlükəsi yox idi. Sadəcə, ailə özü uşağını xəstəxanadan çıxarıb və Almaniyaya aparmaq qərarını verdi”.

    Qeyd edək ki, Ötən həftə Bakıya turist kimi gələn Almaniyalı ailənin 5 yaşlı övladı kimyəvi məhlul içərək zəhərlənib. Toksikoloji mərkəzə yerləşdirilən uşağın vəziyyəti ilə bağlı həkimlər dəqiq bir söz deməyərək, yalnız 15 saatdan sonra bir şey deyəcəklərini bildiriblər.

    Asiya.az medicina.az-a istinadən bildirir ki, valideynlər təşviş içində Almaniya səfirliyinə müraciət edib, məsələyə sığorta şirkəti də qarışıb. Uşağın müalicəsi və sağ qalıb-qalmayacağı barədə dəqiq cavab bilinmədiyindən Almaniyadan ambulans təyyarə göndərmək qərarına gəlinib. Reaktiv mühərrikli təyyarə 3 saata Bakıya çatıb. Təyyarədə gələn həkim uşağın vəziyyətini və xəstəxanadakı şəraiti görəndən sonra təcili Almaniyaya aparılmaq qərarı verib.

    Qeyri-rəsmi məlumata görə, 5 yaşlı vətəndaşının xilas olunması üçün 200 min avroya yaxın vəsait xərclənib. Bir mənbəyə görə isə bu məbləği sığorta şirkəti qarşılayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər