Telefondakı proqramla hamiləlikdən qorunmaq mümkün olacaq – Rəqəmsal kontraseptiv tibbdə yenilikdir

Telefondakı proqramla hamiləlikdən qorunmaq mümkün olacaq – Rəqəmsal kontraseptiv tibbdə yenilikdir
  • Maraqlı / Araşdırma

  • FDA İsveç telefon əlavəsi olan Natural Cycles adlı doğum kontrol proqramının istifadəsinə rəsmən icazə verdi.

    Asiya.az medicina.az-a istinadən xəbər verir ki, proqram artıq ABŞ və İngiltərədə qəbul olunub.

    Belə ki, əlavəni smartfonuna yükləyən istifadəçi xüsusi hərarətölçən əldə edir. Proqramın əsasında bədənin hərarəti və menstruasiya dövrünü qeydə alan alqoritm durur. Proqram qadına hansı günlərdə hamiləliyin baş vermə ehtimalı olduğunu bildirir. Qadınlar buna əsasən həmin günlərdə intim əlaqədən uzaq dura bilər.

    Proqramı İsveçin bir neçə fiziki 2013-cü ildə hazırlayıb.

    Rəqəmsal kontraseptivdən istifadə edən 15.000 qadının 30-da səhv günlərin göstərildiyi məlum olub.
    Alqoritm bəzən səhv edə bilər, amma ümumilikdə çox effektivdir. Bu proqram qadınları lazım olmayan günlərdə dərman kontraseptivlər qəbul etməkdən xilas edəcək.

    Lakin qadınlar bilməlidir ki, istənilən kontraseptiv ideal deyil, hətta ən dəqiq proqramla belə arzuolunmaz hamiləlik baş verə bilər.
    PAYLAŞ:

    Oxşar xəbərlər