Azərbaycanda 13 azyaşlı qızı əxlaqsızlığa cəlb etdilər – İş məhkəməyə çıxarıldı

Azərbaycanda 13 azyaşlı qızı əxlaqsızlığa cəlb etdilər – İş məhkəməyə çıxarıldı
  • Hadisə

  • Nərimanov Rayon Məhkəməsində yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb edən şəxslərin məhkəməsi başlayıb.

    “Ölkə.Az” xəbər verir ki, cinayət məcəlləsinin 171.1 (Yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə) maddəsiylə təqsirləndirilən Yusifov İntizam İntiqam oğlu və Rəmixanova Pərvanə Tofik qızının məhkəmə prosesinə hakim Rəşad Abdulov sədrlik edir. Növbəti proses avqust ayının 20-də keçiriləcək.

    Cinayət işində 13 azyaşlı qız zərərçəkmiş qismində tanınıb. Əgər təqsirləndirilən şəxslərin cinayəti məhkəmə yolu ilə sübut olunarsa, İntizam ilə Pərvanəni 3 ildən 6 ilədək azalıqdan məhrum etmə cəzası gözləyir.
    PAYLAŞ:

    Oxşar xəbərlər