Rəsul Çunayevin rütbəsi artırıldı - FOTO

Rəsul Çunayevin rütbəsi artırıldı - FOTO
  • Sosial / İdman

  • Olimpiya Oyunlarının bürünc mükafatçısı, yunan-Roma güləşi üzrə dünya çempionu Rəsul Çunayevin rütbəsi artırılıb.

    Asiy.az xəbər verir ki, tanınmış idmançı Dövlət Sərhəd Xidmətinin baş leytenantı rütbəsini alıb.

    “Artıq bir aydır ki, DSX-nın rəisi general-polkovnik Elçin Quliyevin sərəncamı ilə baş leytenant rütbəsinə layiq görülmüşəm. Bu şad xəbəri sizinlə bölüşmək üçün, mən xüsusi bir günü gözləyirdim, və həmin gün yetişdi - 18-08-2018.

    Bu gün Azərbaycan sərhədçilərin peşə bayramı günüdür. Başda DSX-nın rəisi general-polkovnik Elçin Quliyev olmaqla, bütün sərhədçiləri ürəkdən təbrik edirəm və işlərində uğurlar arzulayıram”, - R.Çunayev yazıb.

    Xatırladaq ki, Rəsul Çunayev 2015-ci ildə leytenant rütbəsi alıb.


    Rəsul Çunayevin rütbəsi artırıldı - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər