“Lotu Quli”nin adamından Mətanətin videosuna REAKSİYA- Video+ Foto

“Lotu Quli”nin adamından Mətanətin videosuna REAKSİYA- Video+ Foto
  • Sosial

  • Müğənni Mətanət Əsədovanın sosial şəbəkələrdə yayılan görüntüləri iki gündür əsas müzakirə mövzusuna çevrilib.

    Asiya.az xəbər verir ki, müğənni oturduğu içki məclisində araq içir. Görüntülərdə müğənni məclisdə oturan kişilərdən birinin söyüş söyməsinə etiraz edir.

    Məsələ ilə bağlı danışan Mətanət Əsədova sözügedən görüntüdəki içkinin araq yox limon suyu olduğunu deyib:

    "Allahıma and olsun ki, o limon suyu idi, məni tanıyan hər kəs bilir təzyiqim olur. Yanımda müğənni Valeh İsrafilov da var idi, o limonu adi suya sıxdı. Vallah, billah mən içkiyə meyilli insan deyiləm. İçki içmirəm hər kəs bilir bunu ... Məclis idi oturduq ifa etdim. Söyüş olanda belə rica etdim ki, ata mən burdayam dedim ki, içkili insandı özünü ələ alsın, söyüş söyməsin. Allah bilsin bu işi sifarişli görənlərlə ...”.

    “Lotu Quli”nin adamından Mətanətin videosuna REAKSİYA- Video+ Foto

    Əsədova "Hər şey daxil” verilişinə zəng edərək, videosu haqda danışıb. O bildirib ki, həmin görüntüləri çəkən şəxs polis olub:

    "El şənliyinə gedirdim, nə hala düşdüm. Bu necə ola bilər, necə edirlər? Toya da gecikdim, üstümə təcili yardım gəldi. Nə hala düşdüm Allah bilir. Elə videolar çəkib montaj edilir ki...

    Biz el insanlarıyıq, məclislərdəyik, insanlar arasındayıq. Yarım saatlıq toy da ola bilər, bir kiçik qonaqlıq da... İçkilidir, özündən çıxa bilər, nəsə ağzından çıxar. İçki belədir də... Dəfələrlə deyildi ki, çəkmə. Sənin marağın nədir ki, çəkirsən?

    Lazımi yerlərə müraciət edəcəm. Ona insan deməzdim... Polis işçisidir onu edən”.

    Azərbaycanlı kriminal avtoritet Elnur Şuşalı müğənni Mətanət Əsədovanın içki içərkən çəkilmiş videosunu yayanları sərt şəkildə tənqid edib.

    Avtoritet, videonu yayanları qeyrətsiz və şərəfsiz adlandırıb:

    "Yeyir-içir, əcəb edir. Onu paylaşan şərəfsizdir, mərdlik qalmayıb. Onu paylaşanın mən deyərəm, belələrinin şərəfi, qeyrəti yoxdur".

    Qeyd edək ki, Elnur Şuşalı "Lotu Quli”nin ən yaxın adamlarındandır.

    “Lotu Quli”nin adamından Mətanətin videosuna REAKSİYA- Video+ Foto

    PAYLAŞ:

    Oxşar xəbərlər