Türkiyədəki ABŞ səfirliyinə silahlı hücum necə olub? - TƏFƏRRÜAT

Türkiyədəki ABŞ səfirliyinə silahlı hücum necə olub? - TƏFƏRRÜAT
  • Dünya

  • Dünən ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücum olub.

    Səfirliyə hücum edənlər 6 dəfə atəş açıqblar. Hadisə zaman ölən və yarlanan olmayıb. Polis cinayətkarları qısa zamanda qaçdıqları avtomobil və atəş etdikləri silahla birgə ələ keçiriblər. Saxlanılan şəxslər cinayətlərini etiraf ediblər.

    Hadisə dünən 05:00 radələrində baş verib. Məlumata görə, Atatürk bulvarı yaxınlığında dayanan ağ rəngli avtomobildən ABŞ səfirliyinə atəş açılıb. Avtomobilin bulvardan Cinnah küçəsi istiqamətində qaçdığı müəyyənləşib.

    Hadisə yerinə qısa zamanda polis qüvvələri cəlb edilib.

    Ankara Valiliyindən verilən açıqlamada səfirliyin əsas girişinə atəş açıldığı və 3 mərminin dəmir qapıya və şüşələrə dəydiyi bildirilib.

    "ABŞ səfirliyinə hücum etdikləri müəyyənləşdirilən Ahmet Çelikten və Osman Gündaş hücumda istifadə etdikləri 9mm çaplı tapança və 06 BDP 502 qeydiyyat nişanlı avtomobillə birgə ələ keçiblər. Onlar cinayətlərini etiraf ediblər", - deyə valiliyin yazılı açıqlamasında qeyd olunub.

    Cinayətkarlar avtomobilin nömrəsinin tanınmaması üçün parlaq LED-dən istifadə ediblər. Yüzlərlə kamera qeydlərini yoxlayan polis axırda avtomobilin yerini müəyyənləşdirə bilib. Polislər Ahmet Çelikeni burada ələ keçiriblər. Dindirilməyə aparılan Çeliken cinayəti Osman Gündaşla birgə törətdiyini etiraf etdikdən sonra, polislər Gündaşı da ələ keçiriblər.

    Saxlanılan Ahmet Çelikten 1979-cu ildə doğulub, Ankara-Bağlum qeydiyyatındadır. Sığorta tələblərini yerinə yetirməmə və ehtiyatsızlıqdan insan yaralamada ittiham olunub, həbsxanadan qaçdığı üçün axtarışda idi.

    Digər cinayətkar Osman Gündaş isə öncədən ehtiyatsızlıqdan adam yaralama, narkotik, hədələmə, avtomobil oğurluğu, qəsdən adam yaralama və nəqliyyat təhlükəsizliyini pozmaqda ittiham olunub.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    ABŞ səfirliyi hücum edən şəxslərin qısa müddətdə və peşəkarlıqla tutulmasına görə türk polisinə və Türkiyə hökumətinə təşəkkür edib.

    (Qaynarinfo)
    PAYLAŞ:

    Oxşar xəbərlər