Azərbaycanda dəhşət: 40 yaşlı kişinin qulağını kəsmək istədilər

Azərbaycanda dəhşət: 40 yaşlı kişinin qulağını kəsmək istədilər
  • Hadisə

  • Sumqayıtda 40 yaşlı evli kişi küçədə küt alətlə ölümcül döyülüb.

    Asiya.az xəbər verir ki, hadisə şəhərin Yaşıldərə yaşayış massivində baş verib.

    Belə ki, küçədə gedən Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Zərbəliyev Elşad Səlim oğlu adı hələki istintaqa məlum olmayan şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər Elşad Zərbəliyevin əvvəlcə başına küt alətlə vurublar. Daha sonra onu ölümcül döyərək qulağını kəsici alətlə kəsmək istəyiblər. Başında, qulağından və bədəninin müxtəlif nahiyələrindən xəsarət alan yaralı ağır vəziyyətdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

    Faktla bağlı araşdırma aparılır. /xezerxeber.az


    PAYLAŞ:

    Oxşar xəbərlər