Kəbənin imamı həbs olunub

Kəbənin imamı həbs olunub
  • Dünya

  • Islam dünyasının ən müqəddəs ziyarətgahı sayılan Kəbənin imamlarından olan Məkkə qazisi Şeyx Saleh Əl Talibin həbs olunduğu xəbəri yayılıb.

    Asiya.az Musavat.com-a istinadən xəbər verir ki, imam Əl Talibin həbsinə səbəb qadınlarla kişilərin konsertlərdə bir yerdə əylənməsini tənqid etməsi olub.

    Əl Talibin həbsi barədə məlumatı isə Səudiyyə Ərəbistanında vaizlər və din alimlərinin həbs olunması ilə bağlı sənədləri yayan, “Düşüncə məhbusları” adı altında sosial şəbəkələrdə fəaliyyət göstərən bir qrup tvitterdə yayıb.

    İmamın həbsinə Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ibn Salmanın göstəriş verdiyi ehtimal edilir. Belə ki, din adamı öz nitqində birbaşa kralın çevrəsini tənqid etməsə də, onun son zamanlarda hakim ailəyə mənsub üzvlərin qadınlarla bağlı müxtəlif tədbirlərə qatılması ilə bağlı xəbərlərə reaksiya verdiyi güman olunur.

    Səudiyyə Ərəbistanında məsələ ilə bağlı açıqlama hələ ki, verilməyib.

    Lakin Əl Talibin Tvitterdəki həm ingiliscə, həm də ərəbcə hesabları artıq qapadılıb.

    Səudiyyə Ərəbistanında insan hüquqlarıın müdafiəçilərindən sayılan Yahya Assiri krallıq rəsmilərinin cəmiyyət içində nüfuz sahibi olan şəxslərin fəaliyyətlərini yaxından izlədiklərini qeyd edib.

    Bu yaxınlarda vəliəhd şahzadə Məhəmməd ibn Salman ABŞ-ın CBS kanalına verdiyi müsahibədə “Qadın və kişilərin eyni yerdə işləməsini qəbul etməyən radikal dinçilər aramızda çoxdur. Bu fikirlərin bir çoxu Peyğəmbərin həyat tərzinə ziddir” -deyə ifadə işlətmişdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər