Sərxan Kərəmoğlu “Lider” TV-dən qovuldu

Sərxan Kərəmoğlu “Lider” TV-dən qovuldu
  • Sosial

  • Aparıcı Sərxan Kərəmoğlu ilə müğənni Mətanət Əsədova arasında "Lider" telekanalında əsası qoyulmuş qalmaqal nəticəsiz ötüşməyib.

    Asiya.az news24.az-a istinadən xəbər verir ki, "Lider" TV-də cəmi bir neçə gün yayıma çıxmış "Xoş gəldin” proqramı bağlanıb və Sərxan Kərəmoğlu kanalın qapısından içəri buraxılmayıb.

    Məlumata əsasən, şirkətin prezidenti canlı efirdə nümayiş olunan biabırçı olaya görə, verilişi bağlamaq qərarı alıb. Sərxan Kərəmoğlunun halı şirkətin mühafizəçiləri tərəfindən içəri buraxılmadığı üçün pisləşib.

    Sayt məsələylə bağlı verilişin digər aparıcısı rəqqasə Fatimə Fətəliyeva ilə əlaqə saxlayıb. Rəqqasə məsələnin necə sonuclanacağından məlumatsız olduğunu bildirib: "Düzünü desəm, nə baş verir, bilmirəm, biz proqrama çıxmalıydıq, çıxmadıq. Bazar ertəsi bu məsələyə aydınlıq gətiriləcək”.
    PAYLAŞ:

    Oxşar xəbərlər