Gəncənin yeni icra başçısı kimdir? - DOSYE

Gəncənin yeni icra başçısı kimdir? - DOSYE
  • Siyasət / Manşet

  • Prezident İlham Əliyev Niyazi Müzəffər oğlu Bayramovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi barədə sərəncam imzalayıb.

    Asiya. az Gəncənin yeni icra başçısının dosyesini təqdim edir.

    Niyazi Müzəffər oğlu Bayramov 1956-cı il martın 26-da Bakıda anadan olub. O, 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır. 1980-1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı Hüquq məsləhətxanasında vəkil işləyib.

    1986-1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri, 1992-1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb. 1995-1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın rəisi, 1997-2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə rəisinin müavini işləyib.

    2009-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin rəisi vəzifələrində çalışıb.

    Azərbaycan Respublikası prezidentinin 14 aprel 2012-ci il tarixli, 2173 nömrəli sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

    Niyazi Bayramov Qarabağ müharibə iştirakçısıdır, polkovnikdir.

    Ailəlidir, iki övladı var.
    PAYLAŞ:

    Oxşar xəbərlər