Hüseyn Əlixanov işdən çıxarıldı

Hüseyn Əlixanov işdən çıxarıldı
  • Siyasət / Manşet

  • Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov vəzifəsindən azad edilib.

    Ədliyyə general-mayoru Hüseyn Əlixanov tutduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib.

    Məsələ ilə bağlı açıqlamasında Hüseyn Əlixanov işdən getdiyini təsdiqləyib:

    "Mən işləmirəm artıq, təqaüdə çıxmışam. Hələ ki, yerimə təyinat yoxdur".

    Qeyd edək ki, Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov virtualaz.org-a isə bildirib ki, məlumat doğru deyil. Onun sözlərinə görə, general-mayor Hüseyn Əlixanov hazırda məzuniyyətdədir.

    Penitensiar Xidmətdən Trend-ə verilən məlumatda qeyd olunub ki, H.Əlixanov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib: "Hüseyn Əlixanovun 65 yaşı tamam olmuşdu, ona görə də təqaüdə göndərilib. Hələ bu vəzifəyə təyinat olmayıb". (Teleqraf.com)
    PAYLAŞ:

    Oxşar xəbərlər