İraq telekanalı Bakının gecə klublarında gizli çəkiliş apardı – Video

İraq telekanalı Bakının gecə klublarında gizli çəkiliş apardı – Video
  • Sosial

  • İraqın əl-Furat telekanalı Bakıda yerləşən gecə klublarından gizli çəkilişlər edib.

    SalamNews xəbər verir ki, İraqın tanınmış əl-Furat telekanalının Əli Azab adlı müxbiri Bakıda intim xidmətlər təklif edən gecə klubları və hotellərindən gizli çəkilişlər aparıb.

    O, iraqlıların son zamanlarda daha çox Azərbaycan kimi ölkələrə səfər etmələrinin sual olduğunu bildirib.

    Müxbir, reportajının əvvəlində bu sualın cavabını tapmaq üçün Bakıya səfər edəcəyini bildirir.

    Əl-Furat telekanalının müxbiri daha sonra Bakıya necə səfər etdiyini, şəhərdə intim xidmətlər göstərən gecə klubları və otellərin harada yerləşməsi və necə xidmət göstərmələri haqda reportaj hazırlayıb.

    SalamNews gecə klublarında gizli çəkilişə düşən dialoqların qeyri etik olduğu üçün onları tərcümə etməyib və yayımlamayıb.

    Qeyd edək ki, reportajın sonunda Bakının digər üzü adı altında ölkəmizin gözəl güşələri də əks etdirilib.

    Bu reportaj artıq İraqın sözügedən televiziyasından yayımlanıb.


    PAYLAŞ:

    Oxşar xəbərlər