“Lotu Hikmət”in davamçısı sayılan azərbaycanlı “qanuni oğru” həbsdən belə çıxdı – VİDEO

“Lotu Hikmət”in davamçısı sayılan azərbaycanlı “qanuni oğru” həbsdən belə çıxdı – VİDEO
  • Hadisə

  • Kriminal aləmdə “Paşa” adı ilə tanınan azərbaycanlı “qanuni oğru” Pərviz Sabirabadlı bir neçə gün öncə həbsdən çıxıb.

    Minval.info-nun özəl olaraq əldə etdiyi məlumata görə, ümumilikdə 18 il həbs həyatı yaşayan Pərvizin “Paşa” kimi çağrılmasının səbəbi həmyerlisi, “qanuni oğru”, kriminal aləmdə böyük hörmət sahibi olmuş Hikmətlə bağlıdır. Belə ki, Hikmət ona Pərviz yox, “Paşa” deyirmiş. Beləcə hər kəs onu “Paşa” deyərək çağırmaya başlayır. Pərvizi Hikmətin davamçısı kimi də tanıyırlar.

    Rusiyada yaşayan və orada da məhkum olan Pərvizi həbsxana çıxışında dostları, yaxınları qaşılayıb. Pərviz həm də “qanuni oğru” Rövşən Lənkəranskinin yaxın adamı kimi tanınıb.


    PAYLAŞ:

    Oxşar xəbərlər