Məzahir Pənahovun müavini işdən çıxdı (SƏBƏB)

Məzahir Pənahovun müavini işdən çıxdı (SƏBƏB)
  • Siyasət / Manşet

  • Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov işdən çıxıb.

    Asiya.az "Report”a istinadən xəbər verir ki, Milli Məclis MSK-ya yeni üzvün seçilməsi məsələsinə baxacaq.

    N.Məmmədov isə Nazirlər Kabineti Aparatı rəhbərinin müavini təyin edilib.

    Xatırladaq ki, N.Məmmədov 2004-cü ildə parlamentin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilib. O, Azərbaycan Respublikasının Mili Məclisində heç bir siyasi partiyaya mənsub olmayan və onun namizədliyini təqdim edən deputatları təmsil edirdi. N.Məmmədov 2010-cu ildə isə MSK-nın sədr müavini seçilib.


    Məzahir Pənahovun müavini işdən çıxdı (SƏBƏB)
    PAYLAŞ:

    Oxşar xəbərlər