Birinci kurs tələbələri faciəvi şəkildə öldülər – Universitetə cəmi 1 gün getmişdilər…

Birinci kurs tələbələri faciəvi şəkildə öldülər – Universitetə cəmi 1 gün getmişdilər…
  • Sosial

  • Xəzər dənizinin Sumqayıt hissəsində boğulan gənclərin hər ikisi tələbə olub.

    Report xəbər verir ki, hadisə ötən gün baş verib.

    Belə ki, Cəlilabad rayonu, Uzuntəpə kənd sakinləri – 2000-ci il təvəllüdlü Hüseynov Fərid Ələddin oğlu və 1999-cu il təvəllüdlü Bağırzadə Hakim Hatəm oğlu dənizdə çimərkən boğulublar.

    Onların meyiti FHN-in dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq yaxınlarına təhvil verilib.

    Məlum olub ki, hər iki şəxs bu il Sumqayıt Dövlət Universitetinə qəbul olublar. Onlar sentyabrın 14-də yeni dərs ilinin başlaması ilə əlaqədar olaraq Cəlilabaddan Sumqayıta köçüblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər