Türkiyə vətəndaşı olmaq istəyənlərə MÜJDƏ

Türkiyə vətəndaşı olmaq istəyənlərə MÜJDƏ
  • Sosial

  • Türkiyədə vətəndaşlıq verilməsi haqqında qanuna dəyişiklik edilib.

    AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb. İndiyə qədər Türkiyədə 1 milyon ABŞ dolları dəyərində daşınmaz əmlak alan əcnəbilərə vətəndaşlıq verilirdisə, bu rəqəm 250 min dollara endirilib.

    Həmçinin, Türkiyədə biznes qurub vətəndaşlıq almaq istəyənlər üçün məbləğ 2 milyon dollardan 500 min dollara, yerli banklara depozit yerləşdirib vətəndaşlıq almaq istəyənlər üçün isə 3 milyon dollardan 500 min dollara endirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər