Novruz Həsənov dünyasını dəyişdi

Novruz Həsənov dünyasını dəyişdi
  • Sosial

  • Azərbaycanda və türk dünyasında Novruz Əmi kimi tanınan, milli azadlıq hərəkatının əfsanə isimlərindən olan Novruz Həsənov bu gün saat 23 radələrində dünyasını dəyişib.

    Yaxınları musavat.com -a bildirir ki, N. Həsənov son bir ildə xərçəng xəstəliyindən əziyyət çəkirdi. Lakin durumu kafi idi, sadəcə əməliyyat olunmaq üçün getdiyi Tiflis xəstəxanasında əməliyyat sonrası qəfil fənalaşma səbəbindən komaya girib. Nə qədər cəhd göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.Novruz Həsənovun dünyasını dəyişməsi Yeni Müsavat Media Qrupunu və bütün dostlarını yasa boğub. Başımız sağ olsun və Allah rəhmət etsin.

    Novruz Həsənov üçün mərasimlər doğulduğu Tovuz rayonunun Bozalqanlı kəndində olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər