Bakıda güclü yanğın - QORXULU GÖRÜNTÜLƏR - VİDEO

Bakıda güclü yanğın - QORXULU GÖRÜNTÜLƏR - VİDEO
  • Olay

  • Bu gün Bakı şəhərinin Xətai rayonunda baş vermiş güclü yanğın söndürülüb.

    Asiya.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda ikimərtəbəli tikilinin (1-ci mərtəbəsi avtoyuma və avtomobil təmiri sexi, 2-ci mərtəbəsi çay evi kimi fəaliyyət göstərir) yanar konstruksiyalarının yanması barədə məlumat daxil olub. Hadisə yerinə ilkin olaraq 4 yanğınsöndürmə briqadası göndərilib. Həmçinin çağırış əsasında yanğının söndürülməsi üçün digər rayonlardan kömək çağırılıb. Yanğın söndürülüb və ilkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıbr.


    PAYLAŞ:

    Oxşar xəbərlər