Sevil Nuriyeva həyat yoldaşının dəfnində... - FOTO

Sevil Nuriyeva həyat yoldaşının dəfnində... - FOTO
  • Sosial

  • Xəbər verdiyimiz kimi, Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun cənazəsi Azərbaycana gətirilərək Nardaran qəsəbəsində dəfn edilib.

    Asiya.az qafqazinfo-ya istinadən xəbər verir ki, dəfndə mərhumun atası Ədalət Partiyasının sədri İlyas İsmayılovun dostları, ziyalılar iştirak ediblər.

    Etimad İsmayılovun həyat yoldaşı, tanınmış jurnalist Sevil Nuriyeva da başsağlıqlarını qəbul edib.

    Qeyd edək ki, Etimad İsmayılov İstanbuldakı ofisində Gözəl Dəmirov tərəfindən güllələnərək qətlə yetirilib. Gözəl Dəmirov Etimad İsmayılovu "Glock" markalı tapança ilə qətlə yetirib.

    Bu barədə məlumatı "Hürriyyət" qəzeti yayıb. Qəzet Dəmirovun polislər tərəfindən sürücüsünün telefonunun izlənilməsi sayəsində ələ keçdiyini bildirib.

    Nəticədə Dəmirovla bərabər sürücüsü Barış A.-da polislər tərəfindən saxlanılıb. Məhz burada Barış A.-nın avtomobilində cinayətdə istifadə edilən "Glock" markalı tapança aşkar edilib.

    Sevil Nuriyeva həyat yoldaşının dəfnində... - FOTO

    Polisdəki ifadəsi zamanı Dəmirovun İsmayılovla birgə ticarət mərkəzi işlətdikləri, eləcə də qida və elektronika ticarəti sahəsində ortaq çalışdıqları bəlli olub. Dəmirov İsmayılova birgə çalışdıqları şirkətin 2%-ni verəcəyini bildirsə də, sonradan bəzi problemlər ucbatından bunu həyata keçirə bilməyib.

    Bundan sonra İsmayılov Dəmirovu təhdid edərək, gecikmə ucbatından zərər görəcəyini bildirib. Bundan sonra Dəmirov özü və ya övladlarına hansısa zərərin gələcəyini düşünərək, İsmayılovun ofisinə gedib və atəş açaraq onu öldürüb.

    Dəmirov polisə ifadəsində bildirib ki, İsmayılovu öldürməsəydi, bu addımı İsmayılov atacaqdı.

    Sevil Nuriyeva həyat yoldaşının dəfnində... - FOTO
    Sevil Nuriyeva həyat yoldaşının dəfnində... - FOTO
    Sevil Nuriyeva həyat yoldaşının dəfnində... - FOTO
    Sevil Nuriyeva həyat yoldaşının dəfnində... - FOTO
    Sevil Nuriyeva həyat yoldaşının dəfnində... - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər