Abşeronda fəhlə torpaq uçqununun altında qalaraq ölüb

Abşeronda fəhlə torpaq uçqununun altında qalaraq ölüb
  • Olay

  • Abşeron rayonunda fəhlə torpaq uçqunu nəticəsində ölüb.

    “Report”un məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsində kanalizasiya xəttinin çəkilişi zamanı qeydə alınıb.

    Belə ki, 1990-cı il təvəllüdlü Elvin Mütəkəllim oğlu Sadıqov ehtiyatsızlıq nəticəsində torpaq uçqununun altında qalıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

    Qeyd edək ki, ölən şəxs ailəlidir, iki azyaşlı övladı var.

    Onun “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı olduğu bildirilir.

    Hadisə ilə bağlı rəsmi məlumat veriləcək.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər